Bəzən kəsilən aliment məbləği şəxsin gəlirləri ilə tərs mütənasib olur Vəkil
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ildə ölkəmizdə 6300-dək iş üzrə aliment ödənilməyib. Ötən il icraatda olan 142 minədək aliment işindən 47 minədək iş üzrə aliment ödənişləri müəyyən gecikmələrlə həyata keçirilib.
Bəs alimentin ödənilməməsinə əsas səbəblər nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən vəkil Etibar Süleymanov bildirdi ki, aliment borclarının və aliment öhdəliklərinin icra olunmamasına dövlət, konkret olaraq icra məmurları ciddi nəzarət etməlidirlər:
"Çünki uşağın yaşaması və maddi ehtiyaclarının ödənilməsi üçün aliment öhdəliklərinin vaxtında icrasına mütləq nəzarət olunmalıdır. İcra məmurları aliment öhdəliklərinin icrasına yalnız qanunda nəzərdə tutulmuş cəza vasitələrindən istifadə etməklə nəzarət etməməlidirlər. İşlərin həyata keçirilməsi üçün, borclu şəxsin aliment öhdəliyini yerinə yetirməsi üçün alternativ yollar da təmin olunmalıdır. Konkret desək, məsələn, şəxsin məşğulluğunun təmin edilməsi və ya alternativ işlərlə təmin olunması istiqamətində icra məmurları müəyyən tədbirlər görməlidirlər. Amma çox təəssüf ki, bu gün icra məmurları qanunun verdiyi səlahiyyətlərdən yalnız inzibati və cinayət məsuliyyətinə cəlb etməklə istifadə edir və məhkəmələrdə yalnız bu barədə təqdimatla çıxış edirlər".
Hüquqşünasın sözlərinə görə, digər bir səbəb isə ondan ibarətdir ki, alimentin ödənilməməsi və ya gecikməsi ölkədəki maddi vəziyyət və sosial rifah səviyyəsi ilə bağlıdır.
"Bəzən kəsilən aliment məbləği şəxsin gəlirləri ilə tərs mütənasib olur. Ona görə də vətəndaşlar mütləq məhkəmə proseslərində fikirlərini dolğun, düzgün və ciddi şəkildə ifadə etməlidirlər ki, hakim mövcud şərtləri nəzərə alaraq qərar qəbul edə bilsin", - deyə Etibar Süleymanov əlavə etdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 Yanvar 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















