Icma.az
close
up
RU
Zirəddin Quranı yandıran şəxsin cəzalandırılmasını istədi Müraciət

Zirəddin Quranı yandıran şəxsin cəzalandırılmasını istədi Müraciət

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

TIR sürücüsü Elxan Nəbiyev 2024-cü ilin avqust ayında müqəddəs Qurani-Kərimi yandırmışdı. O, bir il sonra bu hərəkətini təkrar edib.

Globalinfo.az bildirir ki, bununla bağlı ekstrasens, klinik psixoloq Zirəddin Rzayev Prezident İlham Əliyevə müraciət edib.

O, müraciətində Prezidentin və birinci xanım Mehriban Əliyevanın xalqımızın milli-mənəvi dəyərlərinə hər zaman hörmət və ehtiram nümayiş etdirdiklərini deyib. Z.Rzayev işğaldan az sonra Prezidentin və ailəsinin Ağdamda, Şuşada, eləcə də digər bölgələrdə məscid və ziyarətgahlara səfərlərini vurğulayıb.

Klinik psixoloq bildirib ki, erməni vandallarının dağıtdığı ibadət evlərinə, məscidlərə Qurani-Kərim təqdim edilib.

“O cümlədən Gəncədəki “İmamzadə” məscidi kimi ziyarətgahların və digər tarixi dini abidələrin bərpasına göstərilən dövlət dəstəyi Azərbaycanın mənəvi irsinin, milli kimliyinin qorunub saxlanmasına göstərdiyiniz qayğının bariz nümunəsidir” – Z.Rzayev deyib.

Həmçinin oxuyun:

Şuşa Bəyannaməsinin imzalanmasından 4 il ötür

Tanınmış ekstrasens Azərbaycan bayrağındakı yaşıl rəngin ölkəmizin islam sivilizasiyasına mənsubluğunu simvolizə etdiyini xatırladıb:

“Bu baxımdan Qurani-Kərimin, islami ziyarətgahların və dini atributların ictimai şəkildə təhqir edilməsi, təkcə inanclı vətəndaşlara hörmətsizliyin təzahürü kimi deyil, həm də ölkəmizin dövlət rəmzlərinə, onun mənəvi əsaslarına və ictimai asayişə qəsd kimi qiymətləndirilməlidir”.

Z.Rzayev Azərbaycanda dinin dövlətdən ayrı olduğunu, lakin dövlətin bütün dinlərə hörmət etdiyini, dini etiqad azadlığını təmin etdiyini əlavə edib:

“Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 283) milli, irqi və ya dini ədavətin qızışdırılmasına, milli ləyaqətinin alçaldılmasına, habelə vətəndaşların dini hisslərinin təhqir edilməsinə yönəlmiş hərəkətlərə görə məsuliyyət müəyyən edir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, hörmətli cənab Prezident, sizdən xahiş edirəm ki, bu cür hərəkətlər xalqımızın mənəvi dəyərlərinə xələl gətirdiyi, ictimai sabitliyi pozduğu, Konstitusiyamıza və qanunlarımıza zidd olduğu üçün Qurani-Kərimin kütləvi şəkildə yandırılması və ya digər formada təhqir olunması faktlarının araşdırılması və qarşısının alınmasını şəxsi nəzarətə götürəsiniz. İnanıram ki, sizin rəhbərliyinizlə Konstitusiyanın təminatçısı, milli dəyərlərin müdafiəçisi kimi bu cür cinayət əməllərinə yol verən şəxslər layiq olduqları cəzalarını alacaqlar”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri