Icma.az
close
up
RU
Vəkil İrandakı səfirliyimizə hücum edənin cinayət işi və edamı ilə bağlı danışdı Təfərrüat

Vəkil İrandakı səfirliyimizə hücum edənin cinayət işi və edamı ilə bağlı danışdı Təfərrüat

Icma.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi bütün istintaq və məhkəmə prosesi boyu tam diqqətli və ciddi şəkildə araşdırılıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar cinayət işində səfirliyin vəkili Höccətulla Rəcəbi deyib.

Onun sözlərinə görə, 27 yanvar 2023-cü il tarixində Tehranda Azərbaycan səfirliyinə qarşı çox təəssləndirici hadisə baş verib. İlkin dindirmə zamanı səfirliyə hücum edən Yasin Hüseynzadə etirafında hadisəni tam sağlam durumda olduğunu etiraf edib.

Rəcəbi əlavə edib ki, 28 yanvar 2024-cü ildə 1 nömrəli Tehran Cinayət Məhkəməsində müttəhimlə əlaqədar 3 cinayət üzrə ilkin qərar verildi. Bu cinayətlər qəsdən müsəlmanı qətlə yetirmək, qanunsuz şəkildə "Kalaşnikov" avtomatı və "Kolt" tapançası kimi odlu silahları almaq və saxlamaq və ictimai asayişi pozmaq idi.

Vəkil deyib ki, İranın Ali Məhkəməsində qərar cinayət işi 5 nəfərlik ekspertiza komissiyasında araşdırılıb və komissiya Yasin Hüseynzadənin hadisəni törədərkən hər hansı psixoloji durumunun olmaması və sağlam olması ilə əlaqədar qərarı təsdiqləyib. Nəticədə Ali Məhkəmənin 4 nömrəli şöbəsi 22 dekabr 2024 tarixində edam qərarını təsdiqləyib.

Rəcəbi qeyd edib ki, bu hadisə Azərbaycan dövləti və vətəndaşlarında narahatlıq yaratdığına görə, cinayət işi tam diqqətlə və həssas şəkildə araşdırılırıb. Bununla əlaqədar İranın ədliyyə qurumu vəkil üçün işləri daha asanlaşdırıb və vəkilin cinayət işi ilə əlaqədar məlumatlara çıxış əldə etməsinə və məsələni diqqətdə saxlamasına şərait yaradıb.

"Beləliklə Tehranın 27-ci Prokurorluq Məntəqəsinin 4-cü şöbəsində mərhum Orxan Əsgərovun varisləri tərəfindən yerinə yetirilməsinə qərar verilib.

İranın cinayət məcəlləsinə əsasən mərhumun yaxınları məhkumun edam olunması və yaxud hər hansı səbəblə edam olunmamasını yazılı şəkildə bildirməlidir. Bu əsasda mərhum Orxan Əsgərovun atası, anası, qardaşı, həyat yoldaşı, övladları tərəfindən Azərbaycan qanunları çərçivəsində məktub göndərilib və cinayət işinə əlavə olunub. Yekun olaraq cinayət işi 13 aprel 2025 tarixində Məhkəmə Sistemi rəhbərliyi tərəfindən icazənin verilməsi ilə icraata göndərilib", - deyə o bildirib.

İran qanunlarına əsasən, mərhumun ailəsi ya vəkili və ya da qanuni nümayəndəsi məhkəmənin qərarı icra olunarkən iştirak etməlidir. Müəyyən səbəblərə görə, mərhumun atası Rizvan Əsgərov edam prosesində iştirak edə bilməyib. Edam qərarının icrası 25 aprel 2025 tarixinə təyin olunsa da, müxtəlif məsələlər nəzərə alınaraq təxirə salınıb. Nəhayət bu qərar bu gün İranda gün çıxmamışdan öncə (yerli vaxtla təxminən saat 05:00 radələri) icra olunub", - deyə o əlavə edib.
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 May 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri