Icma.az
close
up
RU
Vəkil köməkçilərinə vəsiqələr təqdim edildi Foto

Vəkil köməkçilərinə vəsiqələr təqdim edildi Foto

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, görüşdə ARVK sədri Anar Bağırov çıxış edərək vəkil köməkçilərini salamlayıb, onların gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra sədr vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolu və əhəmiyyətini, inkişaf perspektivlərini, habelə savadlı vəkil köməkçilərinin peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmini diqqətə çatdırıb.

Vəkillik peşəsinin vacibliyini və bu sahədə peşəkar yardımın cəmiyyət üçün əhəmiyyətini vurğulayan Anar Bağırov hazırda Kollegiyada 566 vəkil köməkçisinin və 2500-dən çox vəkilin fəaliyyət göstərdiyini bildirib.

Bununla da ARVK hazırda ölkədə ən çox hüquqşünasın cəmləşdiyi peşə qurumlarından biridir.

ARVK-nın hər zaman vəkil köməkçilərinin fəaliyyətinə, peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirdiyini deyən sədr onlara tövsiyələrini çatdıraraq bu istiqamətdə fəaliyyətlərinin təcrübi biliyə yiyələnmələrində faydalı olacağını vurğulayıb.

Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 17 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see309

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see214

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see189

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see175

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see168

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see151

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see143

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see140

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see138

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see123

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri