Icma.az
close
up
RU
Vəkillər Kollegiyası bu nazirliklə memorandum imzaladı Foto

Vəkillər Kollegiyası bu nazirliklə memorandum imzaladı Foto

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb.

Teleqraf.com-un xəbərinə görə, nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunur. Ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti təkmilləşdirilir, insan hüquq və azadlıqları etibarlı müdafiə olunur. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov isə öz növbəsində məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə aparılan islahatlar, Vəkillər Kollegiyası tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Anar Bağırov vurğulayıb ki, qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmləri formalaşdırılıb. Vəkillik institutunu ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən mühüm təsisat adlandıran Vəkillər Kollegiyasının sədri insan hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin etibarlı müdafiə edilməsinin və onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsinin əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb.

Görüş zamanı dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, keyfiyyətinin və səmərəliliyinin artırılması, bu sahədə səmərəli və işgüzar münasibətlərin yaradılmasının vacibliyi, aqrar sahədə ixtisaslaşmış hüquqşünasların formalaşması və digər məsələlər müzakirə olunub.

Görüş çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, kənd təsərrüfatı münasibətlərinin subyektləri, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, vəkillər, aqrar sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün hüquqi maarifləndirmə ilə bağlı seminar, təlim, konfrans və təşviqat tədbirlərinin keçirilməsi, Vəkillər Kollegiyası Akademiyasında aqrar hüququn tədrisi ilə bağlı tədbirlərin görülməsi, aqrar hüquq sahəsində elmi və elmi-praktiki araşdırmaların təşviq edilməsi və maarifləndirici vəsaitlərin hazırlanması, beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi öz əksini tapıb.

Tədbirin sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Yanvar 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri