Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır.
Reyting.az xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Dəyişikliyə əsasən, kollegiya üzvlərinin ümumi yığıncağı (konfransı), Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyasının orqanları hesab ediləcək.
Sənəddə vurğulanır ki, Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.
Qüvvədə olan qanuna görə isə Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyanın orqanı sayılır.
Bu mövzuda digər xəbərlər:Vəkillər Kollegiyasının vəsaitinin mənbələri artırılır
10 Oktyabr 2025 15:47
Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib
15 Dekabr 2025 11:11
Vəkillər Kollegiyasının sədri Rumıniyada səfərdədir
12 Dekabr 2025 14:23
Vəkillər Kollegiyasının sədri vətəndaşları qəbul edib
05 Sentyabr 2025 15:19
Baxış sayı:78
Bu xəbər 16 Sentyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















