Vəkillər Kollegiyasının üzvləri uşaq sığınacağında yaşayan balacaların bayram sevincini bölüşüblər
Icma.az, Sia Az saytına istinadən bildirir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Qadın Vəkillər Alyansının üzvləri Mehriban Qadın və Uşaq Sığınacağını ziyarət ediblər.
Kollegiyadan SİA-ya verilən məlumata görə, ziyarət zamanı vəkillər sığınacaqda yaşayan uşaqlarla səmimi ünsiyyət qurub, onlarla birgə vaxt keçirərək bayram ab-havasını bölüşüblər. Uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onların sevincinə və mənəvi dəstəyinə xüsusi diqqət göstərilib.
Sığınacağın rəhbəri Mehriban Zeynalova çıxış edərək qonaqları salamlayıb, Kollegiyanın sədri Anar Bağırova və Qadın Vəkillər Alyansının üzvlərinə uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışında bildirib ki, Alyansın əsas məqsədi sığınacaqda yaşayan uşaqlara yalnız hüquqi biliklərin çatdırılması ilə kifayətlənməyərək, eyni zamanda onlara sevgi, inam və gələcəyə ümid aşılamaqdır. O, bu cür sosial təşəbbüslərin davamlı olacağını vurğulayıb.
Ziyarət çərçivəsində Alyans üzvləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda keçirilən “Qarabağ” – “Ayaks” (2:4) oyununu Qadın və Uşaq Sığınacağında tək izləyən azyaşlı Əkbər Zülfüqarovla da görüşüblər. Ona sevimli komandaya aid forma və xatirə hədiyyələri təqdim olunaraq xüsusi diqqət göstərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 31 Dekabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















