Vəkillərə “Müflisləşmə və iflasın hüquqi əsasları, təcrübə və tətbiq qaydaları” mövzusunda distant təlim
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı, hüquqi əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.
XQ-yə qurumdan bildirilib ki, təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili, Ləğvetmə Agentliyinin direktoru Vüsal Kazımzadə müflisləşmə hallarının hüquqi qiymətləndirilməsi, iflas zamanı müştəri - borclu münasibətləri, məhkəmələrdə müflisləşmə və iflas məsələlərinin həlli, o cümlədən mövzu üzrə yerli və beynəlxalq təcrübə barədə ətraflı çıxış edib.
Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb, praktikada olan müxtəlif məsələlər müzakirə olunub. Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.Qeyd edək ki, təlimdə 91 vəkil iştirak edib.
Müşfiq Mirzə
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 Sentyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















