Vəkilliyə qəbulla bağlı test imtahanının nəticələri açıqlandı FOTO/SİYAHI
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 28-də Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və DİM ilə birgə VK-ya və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Kollegiyadan verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 423 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.
Namizədlərin 11,7%-i xarici, 88,3%-i isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali məktəb 54% göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə əsasən iştirakçıların 71%-i 40 yaşadək namizədlərdir. Bundan başqa, namizədlərin 31%-i qadın, 69%-i isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə müraciət edənlər isə ümumi sayın 0,2%-ni təşkil edir.
Bundan başqa, imtahanda iştirak edən 423 namizəddən 311 nəfəri (74%) özəl müəssisələrdə, 112 nəfəri isə (26%) dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmələrdə, 17 nəfəri ədliyyə orqanlarında, 15 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 34 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.
Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 413 nəfər iştirak edib və onlardan 224 nəfəri uğur qazanıb.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.
Qeyd etmək istərdik ki, cari il üzrə keçirilən ixtisas imtahanlarının test mərhələlərində ümumilikdə 884 namizəd iştirak edib. Bu il 287 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub. Hazırda 65 nəfər vəkilliyə namizədin Ədliyyə Akademiyasında icbari təlim prosesi davam edir, 130 namizəd isə şifahi müsahibə mərhələsində iştirak edir.
Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərin siyahısı ilə buradan tanış olmaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Noyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















