Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

“Veles Sarsfild”: 6 oyun, 1 xal, 0 qol və sonuncu yer...

“Veles Sarsfild”: 6 oyun, 1 xal, 0 qol və sonuncu yer...

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Argentina çempionatında iki turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, 5-ci və 6-cı turlarda qeydə alınan nəticələrdən sonra hər iki qrupun yuxarı pillələrində vəziyyət bir qədər dəyişsə də, liderlər mövqeyini qorudular. 4-cü turdan sonra yüksək liqada xal itirməyən komanda qalmamışdısa, artıq xal qazana bilməyən də yoxdu.
Ötən mövsümün mükafatçılarından ikisinin uğursuz startı davam edir. Argentinanın son çempionu “Veles Sarsfild” yeni mövsümdə ilk xalını 4-cü turda qazansa da, qol vura bilməmişdi! Bu ildən fərqli formatla keçirilən mövsümün startının ən böyük sensasiyası elə “Veles”lə bağlıdı. Komandanı bu ildən çalışdıran Sebastyan Domingesin paytaxt klubundakı fəaliyyəti belə gedişlə çox da uzun sürməyəcək. Ona görə ki, “göy-ağlar” son iki turda da hesabına xal yaza bilmədi: səfərdə “İndependyente”dən üç cavabsız top buraxan çempion evdə “Qodoy Krus”a 0:2 hesabıyla uduzdu. Nəticədə çempion B qrupunda 6 oyuna 1 xalla sonuncu - 15-ci yerə yuvarlandı! “Veles”in hazırda çempionatda qol vura bilməyən yeganə komanda olması da sensasion faktdı.
“Talyeres de Kordoba” da yeni mövsümə uğursuz start verib. Ötən mövsüm Aleksander Medinanın başçılığı altında gümüş medallara sahib olan komanda ilk 4 turda keçirdiyi 3 matçda hesabına xal yaza bilməmişdi. Kordobalılar uğursuz gedişə “San Martin San Xuan”a səfərdə minimal hesabla qalib gəlməklə son qoydular. Amma “Atletiko Tukuman”a qarşı ev oyununda heç-heçəyə (1:1) nail oldular. İki oyuna qazanılan 4 xal “Talyeres de Kordoba”nı B qrupunda yalnız sonuncu yerdən qurtulması və 13-cü pilləyə çıxması üçün kifayət etdi.
Çempion və vitse-çempionla müqayisədə son mövsümün bürünc mükafatçısı yaxşı startla yadda qalmışdı. İlk 4 oyunda 9 xal qazanan “Rasinq” A qrupunda 2-ci yeri tuturdu. Lakin uğurlu oyunlar seriyasını davam etdirmək mümkün olmadı. Səfərdə “Tiqre”yə 0:1, evdə “Arxentinos Xuniors”a 2:3 hesablı məğlubiyyətlər avelyanedalıları 7-ci yerə saldı. Qustavo Kostasın çalışdırdığı “Rasinq”in yarışdığı qrupda “Arxentinos Xuniors”un uğurlu oyunlar seriyası davam edir. Evdə “Atletiko Urakan”dan bir xal (1:1) alan “yeniyetmələr” səfərdə “Rasinq”ə qalib gəlməklə 14 xalla vahid liderliyini qorudular. A qrupunda “Sentral Kordoba” 13 xalla 2-ci yeri tutur.
Bu qrupda keçirdiyi ilk 4 turda 5 xal toplamaqla 11-ci yerdə olan “Boka Xuniors” uğurlu nəticələrlə mövqeyini yaxşılaşdırdı. Fernando Qaqonun komandası “İndependyente Rivadaviya” (2:0) və “Banfild” (1:0) üzərində qələbələrlə 6-cı yerə yüksəldi.
B qrupunda hesabat turu ərəfəsində “Rosario Sentral” vahid lider idi. 64 yaşlı Ariel Olanın çalışdırdığı komanda “Deportivo Riestra” ilə qolsuz heç-heçəyə razılaşandan sonra “Nyuellz Old Boyz”a qalib gəlməklə (2:1) 1-ci yerdəki mövqeyini qorudu. Lakin rosariolular indi liderliyi “San Lorenso” ilə bölüşürlər. Paytaxt komandası son oyunlarda “Platense”yə 2:1, “İnstituto”ya 1:0 hesabyla qalib gəldi. Nəticədə xalını 14-ə çatdıran “San Lorenso” topların fərqinə əsasən 5-ci yerdən 2-ci pilləyə yüksəldi. Qeyd edək ki, son iki matçda komandanın hər üç qolunu Vomberqar vurdu. Penaltiləri dəqiq yerinə 30 yaşlı hücumçu bombardirlərin yarşında 5 qolla şərikli liderdi. Onun komandasının mövsümün ilk 5 matçında yalnız 1 top buraxması diqqətdən yayınmır.
Ötən mövsümün uğursuzları sırasında olan ölkə nəhənglərindən “River Pleyt” də qapısında bir top görüb. Amma Marselo Qalyardonun komandasının hücum xətti heç də güclü sayılmır. Paytaxt təmsilçisi “Qodoy Krus”la qolsuz bitən oyundan sonra “Lanus”a minimal hesabla qalib gəldi. İki oyuna qazanılan 4 xal “River”in B qrupundakı 4-cü yerini dəyişmədi.
qrup mərhələsi, 5-ci tur
İndependyente - Veles Sarsfild 3:0

Avalos, 31; 43. Kabral, 78.
San Martin San Xuan - Talyeres de Kordoba 0:1
Benavides, 64.
Tiqre - Rasinq 1:0
Saralegi, 4.
Boka Xuniors - İndependyente Rivadaviya 2:0
Merentyel, 51. Sebalyos, 83.
Qodoy Krus - River Pleyt 0:0

Arxentinos Xuniors - Atletiko Urakan 1:1
X.Errera, 9 - İbanyes, 57.
Barrakas Sentral - Sentral Kordoba 3:3
Kandia, 55. Ruis, 73. İnsua, 90+6-p. – Florentin, 62. Bruera, 75-öz qapısına. Rivero, 80.
Nyuellz Old Boyz - Defensa y Xustisiya 0:1
Miritelyo, 90+1.
San Lorenso - Platense 2:1
Vomberqar, 44-p.; 90+1-p. - Taborda, 31.
Estudiantes - Banfild 1:0
Alario, 78.
Belqrano - Aldosivi 2:0
N.Fernandes, 5. Troylo, 54.
Deportivo Riestra - Rosario Sentral 0:0
Lanus - Ximnasiya 0:0
Union - İnstituto 0:0

Atletiko Tukuman - Sarmyento 5:0
L.Dias, 2. Koronel, 30; 67. Q.Dias, 32-öz qapısına. A.Sançes, 42.

6-cı tur
Veles Sarsfild - Qodoy Krus 0:2

Pitsini, 18-öz qapısına. Altamira, 28.
Talyeres de Kordoba - Atletiko Tukuman 1:1
Orteqosa, 73 – N.Kastro, 47.
Rasinq - Arxentinos Xuniors 2:3
Barrios, 83. Di Çezare, 88 – Leskano, 22. Molina, 28. Prieto, 47.
Banfild - Boka Xuniors 0:1
Di Lolyo, 86.
River Pleyt - Lanus 1:0
Borxa, 77.
Sentral Kordoba - Belqrano 4:0
Kabral, 18. Florentin, 42. Riveros, 61. Barrera, 87.
Nyuellz Old Boyz - Rosario Sentral 1:2
Baneqa, 87 – Duarte, 16. Kampas, 63.
İnstituto - San Lorenso 0:1
Vomberqar, 45+4-p.
Platense - İndependyente 1:1
F.Paredes, 89-öz qapısına – İ.Vaskes, 76-öz qapısına.
Defensa y Xustisiya - Barrakas Sentral 1:1
Miritelyo, 37 – İnsua, 90+9-p.
Aldosivi - Estudiantes 2:2
Mottes, 57. E.Torres, 77 – Askasibar, 12. X.Sosa, 81.
İndependyente Rivadaviya - Tiqre 1:4
Retamar, 70 - D.Romero, 5; 25. Russo, 55. Valenti, 90+1.
Atletiko Urakan – Union 1:0
Miliyeviç, 51-p.
Sarmyento – Deportivo Riestra 2:1
Karabaxal, 84-p.; 90+5-p. – Beneqas, 33.
Ximnasiya - San Martin San Xuan 1:0
De Blasis, 38-p.
A qrupu
1. Arxentinos Xuniors 6 4 2 0 7-3 14
2. Sentral Kordoba 6 4 1 1 13-5 13
3. Estudiantes 6 3 3 0 10-5 12
4. Tiqre 6 4 0 2 9-4 12
5. Defensa y Xustisiya 6 3 2 1 10-4 11
6. Boka Xuniors 6 3 2 1 6-4 11
7. Rasinq 6 3 0 3 11-7 9
8. Atletiko Urakan 6 2 3 1 6-4 9
9. Barrakas Sentral 6 2 3 1 9-8 9
10. İndependyente Rivadaviya 6 2 2 2 7-8 8
11. Banfild 6 2 1 3 5-4 7
12. Belqrano 6 1 2 3 4-13 5
13. Nyuellz Old Boyz 6 1 0 5 2-9 3
14. Union 6 0 2 4 2-7 2
15. Aldosivi 6 0 1 5 3-14 1
B qrupu
1. Rosario Sentral 6 4 2 0 10-3 14
2. San Lorenso 6 4 2 0 6-1 14
3. İndependyente 6 4 1 1 11-6 13
4. River Pleyt 6 3 3 0 5-1 12
5. Deportivo Riestra 6 2 3 1 7-3 9
6. Platense 6 2 2 2 5-5 8
7. İnstituto 6 2 1 3 5-3 7
8. Atletiko Tukuman 6 2 1 3 8-9 7
9. Lanus 6 2 1 3 4-5 7
10. Ximnasiya 6 2 1 3 4-7 7
11. Qodoy Krus 5 1 2 2 2-6 5
12. Sarmyento 6 1 2 3 4-11 5
13. Talyeres de Kordoba 5 1 1 3 4-6 4
14. San Martin San Xuan 6 0 3 3 1-4 3
15. Veles Sarsfild 6 0 1 5 0-11 1
Bombardirlər: Avalos (İndependyente), Vomberqar (San Lorenso) – 5, Kampas (Rosario Sentral), A.Martines (Rasinq) - 4.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Fevral 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri