Icma.az
close
up
RU
“Veles Sarsfild” hədəfə bir qədər də yaxınlaşdı

“Veles Sarsfild” hədəfə bir qədər də yaxınlaşdı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina çempionatının 25-ci turunda qeydə alınan nəticələrdən sonra liderlər qrupunda vəziyyət dəyişdi.

“Veles Sarsfild”in liderliyini bir qədər möhkəmləndirdiyini və “River Pleyt”in çempionluq titulunu itirdiyini ilk növbədə qeyd edək.
Mövsümün finişi ərəfəsində ardıcıl 3, son 5 oyunda isə 4 dəfə heç-heçəyə razılaşan “Veles Sarsfild”, nəhayət, azarkeşlərini qələbə ilə sevindirdi. Qustavo Kinterosun komandası evdə “Sarmyento”dan maksimum xal ala bildi. Doğrudu, çətin oldu, amma əsas odu ki, Akinonun penalti ilə vurduğu yeganə qol paytaxt komandasına vacib qələbə gətirdi. “Veles” bu nəticə ilə çempionatdakı liderliyini möhkəmləndirdi və finişə iki tur qalmış hədəfə bir qədər də yaxınlaşdı.
“Ağ-göylər”in mövqeyini gücləndirməsi həm də əsas izləyicilərinin oyununda sərfəli nəticənin qeydə alınması hesabına baş verdi. Belə ki, tura liderdən 2 xal geri qalmaqla 2-ci yerdə başlayan “Atletiko Urakan” özündən bir xal az toplayan “Talyeres de Kordoba”nın qonağı oldu. Titul uğrunda mübarizədə vacib sayılan matç ev sahiblərinin qələbəsi ilə nəticələndi. Navarronun vurduğu yeganə qol “Talyeres de Kordoba”nın 2-ci yerə yüksəlməsinə şərait yaratdı. Qələbə seriyasını 4 oyuna çatdıran Aleksander Medinanın komandası sona iki tur qalmış liderdən 3 xal geridədi.
Son 3 oyunda yalnız 1 xal qazanan “Atletiko Urakan” isə 4-cü yerə düşdü. Ona görə ki, “Rasinq” səfərdə “Rosario Sentral”ı iki cavabsız qolla məğlub edərək 3-cü yerə çıxdı. Amma avelyanedalıların 24-cü turdan təxirə salınan ev oyununda “Estudiantes”ə 4:5 hesabıyla uduzmaqla praktiki olaraq çempionluq yarışından çəkildiklərini iddia etmək olar.
Əlbəttə, turun ən diqqətçəkən faktı “River Pleyt”in çempionluq titulunu itirməsi oldu. Marselo Qalyardonun komandasının belə aqibətlə üzləşmək ehtimalı çox idi. “Milyonçular” səfərdə “Estudiantes”ə qalib gəlsələr də, 24-cü turdan təxirə salınan ev oyununda “San Lorenso”dan yalnız bir xal (1:1) ala bildilər. Liderdən 8 xal geri düşən “River” mövsümü ən yaxşı halda gümüş mükafatçı kimi başa vura bilər.
Finişə üç tur qalmış çempionluq şansını itirən “Boka Xuniors” evdə “Ximnasiya”nı bir qolla üstələdi. Fernando Qaqonun oktyabrda baş məşqçi postuna təyinat aldığı ölkə nəhənginin mövsümü bürünc mükafatçı kimi başa vurmaq şansı belə çox cüzidi.
25-ci tur
Veles Sarsfild - Sarmyento 1:0
Akino, 41-p.
Talyeres de Kordoba - Atletiko Urakan 1:0
Navarro, 60.
Rosario Sentral – Rasinq 0:2
Vyetto, 48. A.Martines, 90.
Estudiantes - River Pleyt 1:2
Karrilyo, 60 – Kolidio, 4. Mesa, 9.
Platense - Union 1:0
Pelleqrino, 81-p.
Atletiko Tukuman - Nyuellz Old Boyz 0:0
Boka Xuniors - Ximnasiya 1:0
M.Ximenes, 15.
İndependyente - Sentral Kordoba 2:0
Avalos, 4. İdalqo, 44.
San Lorenso – Belqrano 0:2
N.Fernandes, 29. Xara, 82.
Banfild - Lanus 0:1
L.Dias, 81.
Defensa y Xustisiya - Qodoy Krus 2:1
Abreqo, 37-öz qapısına. Miritelyo, 40 – Altamira, 38.
İnstituto - Deportivo Riestra 2:1
Puebla, 64-p. S.Romero, 69 – Xames, 30.
İndependyente Rivadaviya - Arxentinos Xuniors 2:1
Sekeyra, 6. Ramis, 29 – Leskano, 42.
Barrakas Sentral - Tiqre 0:0
24-cü turdan təxirə salınan oyunlar
Rasinq – Estudiantes 4:5
Salas, 22-p. Solari, 37. Vyetto, 78; 84 – Boselli, 3. Kolombo, 51-öz qapısına. T.Palasios, 59. Karrilyo, 68. Setre, 85.
River Pleyt – San Lorenso 1:1
Mesa, 58 – Munyain, 66-p.
1. Veles Sarsfild 25 13 9 3 36-15 48
2. Talyeres de Kordoba 25 12 9 4 32-24 45
3. Rasinq 25 13 4 8 40-27 43
4. Atletiko Urakan 25 11 10 4 27-16 43
5. River Pleyt 25 10 10 5 34-20 40
6. Boka Xuniors 25 10 8 7 29-23 38
7. Atletiko Tukuman 25 10 7 8 25-25 37
8. İndependyente 25 8 12 5 23-16 36
9. İnstituto 25 10 6 9 31-26 36
10. Platense 25 9 9 7 19-17 36
11. Union 25 10 6 9 26-26 36
12. Estudiantes 25 8 10 7 32-30 34
13. Belqrano 25 8 10 7 30-28 34
14. İndependyente Rivadaviya 25 9 7 9 21-25 34
15. Deportivo Riestra 25 8 9 8 26-27 33
16. Ximnasiya 25 8 8 9 21-21 32
17. Lanus 25 7 11 7 23-28 32
18. Tiqre 25 7 10 8 26-28 31
19. Defensa y Xustisiya 25 7 9 9 26-32 30
20. Rosario Sentral 25 7 8 10 25-25 29
21. Qodoy Krus 25 6 11 8 24-27 29
22. San Lorenso 25 7 8 10 20-24 29
23. Sentral Kordoba 25 7 7 11 26-33 28
24. Arxentinos Xuniors 25 7 5 13 19-26 26
25. Nyuellz Old Boyz 25 6 7 12 19-33 25
26. Sarmyento 25 5 9 11 16-26 24
27. Banfild 25 5 8 12 21-31 23
28. Barrakas Sentral 25 4 9 12 12-30 21
Bombardirlər: Xara (Belqrano), B.Romero (Veles Sarsfild) - 12, Borxa (River Pleyt), M.Ximenes (Boka Xuniors) - 10, X.Errera (Deportivo Riestra), Pelleqrino (Platense) - 9.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri