Icma.az
close
up
RU
“Veles Sarsfild”in qol və qələbə həsrəti sona çatdı!

“Veles Sarsfild”in qol və qələbə həsrəti sona çatdı!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina çempionatında 8-ci turun oyunlarından sonra hər iki qrupda üçhakimiyyətlilik yaranmışdı. 9-cu turdan sonra A qrupunda iki, B qrupunda isə bir komandanın liderliyi formalaşdı.

Hesabat turunun diqqəti ən çox cəlb edən faktları isə son çempionun uğursuz seriyalarını dayandırması oldu.
Bəli, nəhayət ki, “Veles Sarsfild”in qol və qələbə həsrəti sona çatdı! Argentinanın son çempionu ilk 8 turda hesabına yalnız 2 xal yazmış və qol vura bilməmişdi! Cari mövsümün bu dərəcədə fiasko ilə başlaması Sebastyan Domingesin bu ildən çalışdırdığı paytaxt komandasındakı fəaliyyətini yalnız iki aya sığdırdı. 8-ci turun “Atletiko Urakan” ilə ev oyununda 0:2 hesablı məğlubiyyət rəhbərliyi 44 yaşlı mütəxəssis ilə əməkdaşlığı dayandırmağa vadar edib. Domingesin yerinə təyinat alan Marselo Bravonun 2023-cü ilin martında və iyununda komandaya müvəqqəti rəhbərlik etdiyini xatırladaq. “Veles”in sabiq yarımmüdafiəçisi baş məşqçi səlahiyyətlərini yenə də müvəqqəti icra edəcək. 40 yaşlı mütəxəssisin bu postda 3-cü debütü uğurlu alındı. Amma “göy-ağlar”ın rəqib baxımından bəxtinin gətirdyini də qeyd etməliyik. Belə ki, çempion evdə B qrupunda hesabat turuna özündən 4 xal çox toplamaqla 12-ci yerdə başlayan “San Martin San Xuan”la qarşılaşdı. Paytaxt komandasının bəxti oyunun gedişində də gətirdi. Qonaqların yarımmüdafiəçisi Yakobellisin 67-ci dəqiqədə rəqibə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə cəzalanması ev sahiblərinin işinə yaradı. Brayan Romeronun 80-ci dəqiqədə qapıya yol tapması bu mövsüm üçün ikiqat əlamətdar oldu: ilk qol çempiona ilk qələbəni gətirdi! Amma bu qələbə “Veles”in B qrupunda sonuncu - 15-ci yerdəki mövqeyini dəyişmədi.
Son mövsümün digər mükafatçıları da uğursuzluq zolağından heç cür çıxa bilmirlər. “Talyeres de Kordoba” evdə “Rosario Sentral”dan yalnız bir xal ala bildi. Rəqibin B qrupunda tura şərikli liderlərdən biri kimi başladığını nəzərə alsaq, qolsuz heç-heçəni kordobalılar üçün qənaətbəxş nəticə saymaq olar. Amma bu nəticə ötən mövsümün gümüş mükafatçısı olan Aleksander Medinanın çalışdırdığı komandanı qrupda keçirdiyi 8 oyuna 6 xal toplamaqla 13-cü yerdə görünməsinə şərait yaratdı.
Ötən mövsümün bürünc medalçısı “Rasinq” bu turda da hesabına xal yaza bilmədi. Avelyanedalılar evdə “Atletiko Urakan”a yeganə qolla uduzdular. Amma bu nəticə Qustavo Kostasın komandasının A qrupunda 10-cu yerdəki mövqeynə təsir etmədi.
Bu qrupda tura hərəyə 15 xalla şərikli liderlər kimi başlayan üç komandadan ikisi qələbə qazandı. “Arxentinos Xuniors” səfərdə “Banfild”ə 2:1, “Tiqre” “Aldosivi”yə 2:0 hesabıyla qalib gəldi. Bu komandalar qrupdakı şərikli liderliyini qorudular. “Estudiantes” isə “Defensa y Xustisiya”ya minimal hesabla uduzaraq 1-ci yerdən 4-ə düşdü. “Tələbələr”in məğlubiyyətindən maksimum yararlanan “Boka Xuniors” “Sentral Kordoba” üzərində qələbə (3:0) ilə 4-cü yerdən 3-cü pilləyə yüksəldi.
B qrupunda tura 17 xalla başlayan üç komandadan yalnız biri qələbə qazandı. “İndependyente” səfərdə “San Lorenso”ya qalib gəlməklə xalını 20-yə çatdıraraq vahid lider oldu. Turu bir xalla başa vuran “Rosario Sentral” şərikli liderliyi itirsə də, 18 xalla 2-ci yerdə qaldı. “San Lorenso”nun məğlubiyyətindən isə “River Pleyt” maksimum yararlandı. Marselo Qalyardonun komandası “Atletiko Tukuman”a evdə 1:0 hesabıyla qalib gələrək 4-cü yerdən 3-ə çıxdı.
qrup mərhələsi, 9-cu tur
Veles Sarsfild - San Martin San Xuan 1:0

B.Romero, 80.

Talyeres de Kordoba - Rosario Sentral 0:0
Rasinq - Atletiko Urakan 0:1

E.Ramires, 25.
Defensa y Xustisiya - Estudiantes 1:0
Tonyi, 87.
Aldosivi - Tiqre 0:2
Russo, 7. Besotsi, 81.
Banfild - Arxentinos Xuniors 1:2
D.Rodriges, 7-öz qapısına - Molina, 62. L.Qomes, 90+1.
Sentral Kordoba - Boka Xuniors 0:3
M.Ximenes, 16. Florentin, 36-öz qapısına. Merentyel, 89.
San Lorenso - İndependyente 1:2
Vomberqar, 22-p. - Milyan, 12. Loyola, 74.
River Pleyt - Atletiko Tukuman 1:0
Kolidio, 79.
Sarmyento - Barrakas Sentral 1:1
Manyin, 65 - Morales, 90+7.
İnstituto - Qodoy Krus 1:1
Batalyini, 42 - Andino, 37.
Ximnasiya - Deportivo Riestra 1:1
Murilyo, 90+5-öz qapısına – Alonso, 2.
İndependyente Rivadaviya – Union 2:0
Sekeyra, 38-p.; 55.
Platense - Lanus 0:0

Nyuellz Old Boyz - Belqrano 0:0

A qrupu
1. Tiqre 9 7 0 2 14-5 21
2. Arxentinos Xuniors 9 6 3 0 11-4 21
3. Boka Xuniors 9 6 2 1 12-5 20
4. Estudiantes 9 5 3 1 15-8 18
5. Atletiko Urakan 9 5 3 1 11-4 18
6. Defensa y Xustisiya 9 5 2 2 12-6 17
7. Sentral Kordoba 9 4 2 3 15-11 14
8. Barrakas Sentral 9 3 4 2 13-11 13
9. İndependyente Rivadaviya 9 3 4 2 10-9 13
10. Rasinq 8 3 0 5 13-11 9
11. Belqrano 9 2 3 4 7-16 9
12. Banfild 9 2 2 5 6-7 8
13. Nyuellz Old Boyz 9 2 1 6 4-12 7
14. Union 8 1 2 5 3-9 5
15. Aldosivi 9 0 2 7 6-20 2
B qrupu
1. İndependyente 9 6 2 1 15-7 20
2. Rosario Sentral 9 5 3 1 11-4 18
3. River Pleyt 9 5 3 1 8-3 18
4. San Lorenso 9 5 2 2 10-7 17
5. Deportivo Riestra 9 2 6 1 8-4 12
6. Ximnasiya 9 3 2 4 6-9 11
7. Platense 9 2 4 3 6-7 10
8. Lanus 9 2 4 3 5-6 10
9. İnstituto 9 2 2 5 6-8 8
10. Qodoy Krus (-3) 8 2 4 2 6-9 7
11. Atletiko Tukuman 9 2 1 6 9-13 7
12. Sarmyento 9 1 4 4 7-15 7
13. Talyeres de Kordoba 8 1 3 4 5-8 6
14. San Martin San Xuan 9 1 3 5 4-8 6
15. Veles Sarsfild 9 1 2 6 1-13 5
Bombardirlər: Vomberqar (San Lorenso) – 6, Avalos (İndependyente), Russo (Tiqre) - 5, Askasibar (Estudiantes), Kampas (Rosario Sentral), Kandia (Barrakas Sentral), N.Fernandes (Belqrano), A.Martines (Rasinq), Tonyi (Defensa y Xustisiya) - 4.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:304
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri