Icma.az
close
up
RU
“Veles Sarsfild”: ardıcıl 3cü heçheçə

“Veles Sarsfild”: ardıcıl 3cü heçheçə

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Argentina çempionatında 24-cü turda nəzərdə tutulan 14 oyundan 12-si baş tutdu. İki matçın təxirə salınması fonunda qeydə alınan nəticələrdən sonra liderlər qrupunda vəziyyət dəyişmədi.

Uzun müddətdi lider olan “Veles Sarsfild” mövsümün finişi ərəfəsində sürəti əməlli-başlı azaldıb. Paytaxt klubu ardıcıl 3-cü, son 5 oyunda isə 4-cü dəfə heç-heçəyə razılaşdı. Qustavo Kinterosun komandası bu dəfə “Qodoy Krus” ilə səfər oyununda 2 xal itirdi. Çempionatın lideri topa daha çox sahib olsa da, qapıya yalnız bir dəqiq zərbə endirə bildi.
Ümumiyyətlə, “Veles” son həftələr qapıya yol tapmaqda çox çətinlik çəkir: son 5 matçda yalnız 3 qol vuran “ağ-göylər”in hesabına yalnız 7 xal yaza bilməsi hücum xəttinin zəif çıxışı ilə bağlıdı. Ardıcıl 3-cü heç-heçə “Veles”in mövqeyini qoruması üçün kifayət etdi.
Liderin bəxtindən liderdən 2 xal geri qalmaqla 2-ci yerdə olan “Atletiko Urakan” da büdrədi. Frank Kudelkanın çalışdırdığı komanda evdə “Boka Xuniors” ilə “sülh” bağladı. Qolsuz heç-heçə meydandakı mübarizənin gedişini böyük ölçüdə əks etdirdi. Matçın olduqca kobud axarda keçdiyini qeyd edək: hakim oyunçulara ümumilikdə 12 sarı vərəqə göstərdi. Son 2 oyunda 1 xal qazanan “atletlər” liderin əsas izləyicisi kimi çempionluq uğrunda mübarizəni davam etdirdilər. Fernando Qaqonun oktyabrda baş məşqçi postuna təyinat aldığı “Boka Xuniors” isə qələbə seriyasını 4 matça çatdıra bilmədi. Və ölkə nəhəngi finişə üç tur qalmış çempionluq şansını itirdi.
24-cü tur
Qodoy Krus - Veles Sarsfild 0:0
Atletiko Urakan - Boka Xuniors 0:0
Union - Talyeres de Kordoba 2:3
Balboa, 4-p. Qamba, 89 – Botta, 29-p. Qalarsa, 45+2. Tarraqona, 60.
Ximnasiya - Atletiko Tukuman 1:0
Mamut, 9.
Sentral Kordoba - Rosario Sentral 0:1
Martines Dupuy, 90.
Belqrano - İndependyente Rivadaviya 0:2
Vilyalba, 26. Vilya, 67.
Arxentinos Xuniors - Barrakas Sentral 0:1
Duarte, 42.
Nyuellz Old Boyz - İndependyente 2:1
Baneqa, 5-p. X.Qarsiya, 49 - Kanelo, 90+3.
Sarmyento - Platense 1:0
Qo, 45+1.
Deportivo Riestra - Banfild 1:1
Beneqas, 38 - İ.Rodriges, 28.
Tiqre - İnstituto 0:0
Lanus - Defensa y Xustisiya 0:0
“Rasinq” – “Estudiantes” və “River Pleyt” – “San Lorenso” oyunları dekabrın 4-nə təxirə salınıb.
1. Veles Sarsfild 24 12 9 3 35-15 45
2. Atletiko Urakan 24 11 10 3 27-15 43
3. Talyeres de Kordoba 24 11 9 4 31-24 42
4. Rasinq 23 12 4 7 34-22 40
5. River Pleyt 23 9 9 5 31-18 36
6. Union 24 10 6 8 26-25 36
7. Atletiko Tukuman 24 10 6 8 25-25 36
8. Boka Xuniors 24 9 8 7 28-23 35
9. İndependyente 24 7 12 5 21-16 33
10. İnstituto 24 9 6 9 29-25 33
11. Platense 24 8 9 7 18-17 33
12. Deportivo Riestra 24 8 9 7 25-25 33
13. Ximnasiya 24 8 8 8 21-20 32
14. Estudiantes 23 7 10 6 26-24 31
15. Belqrano 24 7 10 7 28-28 31
16. İndependyente Rivadaviya 24 8 7 9 19-24 31
17. Tiqre 24 7 9 8 26-28 30
18. Rosario Sentral 24 7 8 9 25-23 29
19. Qodoy Krus 24 6 11 7 23-25 29
20. Lanus 24 6 11 7 22-28 29
21. San Lorenso 23 7 7 9 19-21 28
22. Sentral Kordoba 24 7 7 10 26-31 28
23. Defensa y Xustisiya 24 6 9 9 24-31 27
24. Arxentinos Xuniors 24 7 5 12 18-24 26
25. Sarmyento 24 5 9 10 16-25 24
26. Nyuellz Old Boyz 24 6 6 12 19-33 24
27. Banfild 24 5 8 11 21-30 23
28. Barrakas Sentral 24 4 8 12 12-30 20
Bombardirlər: B.Romero (Veles Sarsfild) - 12, Xara (Belqrano) – 11, Borxa (River Pleyt) - 10, M.Ximenes (Boka Xuniors), X.Errera (Deportivo Riestra) - 9, Pelleqrino (Platense) - 8.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see249

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see227

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see139

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri