Icma.az
close
up
RU
Velosiped sürmək beyin sağlamlığını gücləndirə bilər ARAŞDIRMA

Velosiped sürmək beyin sağlamlığını gücləndirə bilər ARAŞDIRMA

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

“JAMA Network Open” jurnalında dərc olunmuş yeni bir araşdırmaya əsasən, nəqliyyat vasitəsi kimi velosipeddən istifadə yaşlı insanlarda demans riskinin azalması və daha böyük hipokampal həcmin qorunması ilə əlaqələndirilir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Avstraliyadan olan həmkarlarla əməkdaşlıq edən geriatrlar, nevroloqlar, diyetoloqlar və ictimai səhiyyə mütəxəssislərindən ibarət beynəlxalq tədqiqat qrupu velosiped sürmənin potensial nevroprotektiv təsirlərini qiymətləndirib. Araşdırma Böyük Britaniya Biobankının uzunmüddətli məlumat bazası əsasında aparılıb. Tədqiqatçılar ilkin mərhələdə orta yaşı 56,5 olan, demans əlamətləri göstərməyən və ümumən sağlam hesab edilən 479 min 723 nəfərin 13 il ərzində toplanmış tibbi göstəricilərini təhlil ediblər. Məqsəd müxtəlif nəqliyyat vasitələrindən istifadənin demans riskinə mümkün təsirlərini müəyyənləşdirmək olub. Əldə edilən nəticələr göstərib ki, nəqliyyat vasitəsi kimi velosiped sürməyi seçən fərdlərdə demansın yaranma ehtimalı digər nəqliyyat növlərindən – piyada gəzmək, şəxsi avtomobil və ya ictimai nəqliyyatdan istifadə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Bununla yanaşı, həmin şəxslərdə beyin yaddaş mərkəzi kimi tanınan hipokampusun həcmi də daha böyük qalıb. Bu fərq Alseymer xəstəliyi, erkən başlanğıclı və gec başlanğıclı demans daxil olmaqla, demansın bütün əsas növləri üzrə müşahidə edilib.

Tədqiqat, həmçinin göstərib ki, velosiped sürmək həm fiziki məşq, həm də məkan naviqasiyası fəaliyyətlərini özündə birləşdirdiyi üçün neyrodegenerativ proseslərin ləngidilməsində xüsusilə təsirli ola bilər. Əvvəlki tədqiqatlar da bu iki fəaliyyət növünün ayrı-ayrılıqda demansın inkişafına qarşı qoruyucu təsirə malik olduğunu göstərmişdi.

Əlavə olaraq, genetika ilə davranış faktorları arasındakı qarşılıqlı əlaqəni araşdıran tədqiqatçılar APOE ε4 gen variantına malik olmayan fərdlərin velosiped sürməkdən daha çox fayda əldə etdiklərini müşahidə ediblər. Bu gen variantı ilə əlaqəli olanlar da müəyyən fayda əldə etsələr də təsir daha zəif olub.

Bu nəticələr yaşlı əhali arasında velosiped sürmənin yalnız fiziki sağlamlıq üçün deyil, eyni zamanda, beyin sağlamlığının qorunması baxımından da təşviq edilməli olduğunu göstərir. Araşdırma şəhər planlamasında və ictimai səhiyyə strategiyalarında bu növ hərəkətlilik imkanlarına daha çox diqqət yetirilməsinin əhəmiyyətini vurğulayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri