Icma.az
close
up
RU
Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər

Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 iyun, AZƏRTAC

Yeni araşdırmaya görə, orta yaşda müntəzəm olaraq velosiped sürmək demensiya riskini azalda və beyin sağlamlığını qoruya bilər.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, tədqiqat insanların necə hərəkət etməsi ilə demensiya və beyin strukturunun inkişaf riski arasındakı əlaqəni araşdırmaq məqsədi daşıyıb. Müəyyən edilib ki, avtomobil və ya ictimai nəqliyyatı idarə etmək kimi qeyri-aktiv hərəkət növləri ilə müqayisədə velosiped sürmək və piyada gəzmək kimi aktiv hərəkət növləri daha aşağı korrektə edilmiş demensiya inkişafı riskinə bağlıdır.

Çin və Avstraliya alimləri 13 il ərzində 479 min 723 iştirakçıdan əldə edilmiş məlumatları qiymətləndiriblər. Məlumatlar “UK Biobank” deidentifikasiya edilmiş genetik, həyat tərzi və sağlamlıq məlumatlarını ehtiva edən genişmiqyaslı biotibbi məlumat bazasından əldə edilib.

Tədqiqat iştirakçılarının ilkin orta yaşı 56,5 il idi. Onlar demensiyadan əziyyət çəkmirdilər və yeriyə bilirdilər.

İştirakçılardan son dörd həftə ərzində işə gediş-gəliş istisna olmaqla, səyahət üçün ən çox hansı nəqliyyat növlərindən istifadə etdikləri soruşulub. Cavablar dörd qrupa bölünmüşdü: qeyri-aktiv, gəzinti, qarışıq gəzinti, velosiped sürmə və qarışıq velosiped sürmə.

İştirakçıların təxminən yarısı qeyri-aktiv idi, 6,8 faizi piyada, 37 faizi qarışıq gəzinti qrupuna, 7 faizi isə velosiped sürmə və qarışıq gəzinti qrupuna daxil idi.

On üç illik müşahidə zamanı 8845 demensiya və 3956 Altsheymer xəstəliyi halı qeydə alınıb. Araşdırma göstərib ki, velosiped sürmək və qarışıq velosiped sürmək demensiyanın üç formasının inkişaf riskini azaldır: Altsheymer xəstəliyi, gənc yaşda başlayan demensiya və gec başlayan demensiya.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri