Icma.az
close
up
RU
“Velosiped zolağına daxil olan avtomobilin sürücüsü sürücülük hüququndan məhrum edilməlidir” Ekspert

“Velosiped zolağına daxil olan avtomobilin sürücüsü sürücülük hüququndan məhrum edilməlidir” Ekspert

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtda şəkilən velosiped zolaqları ilə bağlı tənqidlər var. Velosiped zolaqlarının enli olması səbəbindən tıxac zamanı sürücülər avtomobilləri ilə zolaqlara rahat daxil ola bilirlər. Bu barədə sosial şəbəkələrdə yayılan görüntülər mövzunu aktuallaşdırıb.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Pravda.az-a açıqlamasında deyib ki, velosiped yolları ilə bağlı optimal həll variantı seçilib.

“Bildiyiniz kimi, 1 ildir ki, Bakıda velosiped zolağı şəbəkəsi yaradılır. Bundan əvvəl də cəhd olunmuşdu, amma şəbəkə halında deyildi. Normalda velosiped zolaqlarının küçənin hər iki istiqamətində təşkili daha məqsədəuyğundur, lakin Azərbaycanda ilk dəfə çəkildiyindən müəyyən optimal variantlara gedərək hər iki hərəkəti bir istiqamətdə təşkil etdilər. Zolaqların enli olması da məhz bununla bağlıdır, yəni onların standartı var - ikitərəfli hərəkət olan velo-zolaqlar necə olmalıdır, bufer zonası, qorunması təşkil olunmalıdır”, - o bildirib.

Ekspertin sözlərinə görə, velosiped zolaqlarına sərt nəzarət çox önəmlidir: “Biz velo-zolaq şəbəkəsini, velo icarə, dayanacaqları təşkil ediriksə, mikromobillik vasitəsilə hərəkət edənlərin sayı artırsa, onların təhlükəsizlik təminatı da, sərt nəzarət də eynilə təşkil olunmalıdır. Zolağa avtomobil daxil olduqda sürücülük hüququndan məhrumetmə ilə nəticələnməlidir. Birincisi, sürücü birbaşa kobud surətdə qaydanı pozub, ikincisi, mikromobilliklə hərəkət edənlərin həyatı üçün təhlükə yaradıb. Hər hansı vərdişlərdən danışırıqsa, hər kəsin öz yolu olmalıdır. Piyadanın yolu yoxdursa, onda sürücünün öz həyatına da, digərlərinin həyatına da təhlükə yaradacaq vərdiş formalaşacaq. Bir sözlə, mikromobillik üçün şərait yaradılmalı, bu yol da şəbəkələşib, daha təhlükəsiz olmalıdır. Əgər bunu pozurlarsa, başqa vərdişlər formalaşacaq. Bu növlərdə şərait varsa, insanlar daha çox piyada, qısa məsafəni məhz mikromobilliklə hərəkətə meyl edəcəklər. Bu da küçə-yol şəbəkəsində qısa məsafədə avtomobillə səfər etməkdən çəkindirib, alternativlərə yönləndirəcək. Biz şərait yaratmaqla yanaşı sərt nəzarəti təmin etməsək, olan infrastruktur, qaydalar da kobud sürətdə pozulacaq. Ümumiyyətlə, yol kəsmənin cəzası ağır olmalıdır. Avtomobil ona aid olmayan sahələrdə, piyada zolağında, piyada səkisində, mikrobollik, avtobus zolağında park edir və ya hərəkət edirsə, qarşısı sərt alınmalıdır. Yol kəsmək fərqli davranışların formalaşmasına bir səbəb, gələcək üçün təhdiddir”.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Fevral 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see175

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see139

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see136

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see123

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri