Venesuela ilə bağlı qapalı iclas keçiriləcək: Planlar...
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın energetika naziri Kris Rayt fevralın 10-da Konqres Senatını Amerika administrasiyasının Venesuela ilə bağlı gələcək planları barədə məlumatlandıracaq.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti Senatın Energetika və Təbii Sərvətlər Komitəsinin nümayəndəsinə istinadən məlumat verib.
Nəşrin vurğuladığına görə, Energetika Nazirliyinin rəhbərinin qanunvericilərlə görüşü qapalı şəkildə keçiriləcək. Daha öncə Rayt bildirmişdi ki, yaxın vaxtlarda Venesuelaya səfər edərək ölkə rəhbərliyi ilə görüşməyi və Venesuelanın dövlət neft şirkəti PDVSA-nın perspektivlərini müzakirə etməyi planlaşdırır. Energetika naziri Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılmasından sonra bu ölkəyə səfər edəcək mövcud ABŞ administrasiyasının ən yüksək vəzifəli nümayəndəsi olacaq. Rayt qeyd edib ki, ölkənin səlahiyyətli prezidenti Delsi Rodrigeslə görüşməyi planlaşdırır.
Qeyd edək ki, yanvarın sonunda ABŞ hakimiyyəti Amerika şirkətlərinə Venesuelanın neft sənayesi ilə bağlı, o cümlədən Venesuelanın dövlət neft şirkəti PDVSA ilə əlaqəli bəzi əməliyyatlara icazə verib. Bütün bu əməliyyatlar ABŞ qanunvericiliyinə uyğun tənzimlənməli və onlarla bağlı istənilən mübahisə ABŞ-da araşdırılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 10 Fevral 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















