Icma.az
close
up
RU
Venesuelanın ekososializm üzrə nazir müavini ADUnun qonağı olub AZƏRTAC

Venesuelanın ekososializm üzrə nazir müavini ADUnun qonağı olub AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Venesuelanın ekososializm üzrə nazir müavini Jose Ramon Pereira və Venesuelanın ölkəmizdəki səfiri Kristofer Martinez ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Görüşdə ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, son illər Azərbaycanla Venesuela arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr sürətlə inkişaf etməkdədir. Bu əlaqələrin inkişafı nəticəsində hər iki xalqın bir-birini daha yaxından tanımaları üçün əlverişli şərait yaranıb: “Venesuelada fəaliyyət göstərən universitetlərlə, ictimai xadimlərlə, ədəbiyyat və mədəniyyət nümayəndələri ilə əlaqələrimizin qurulmasında bizə yaxından kömək göstərən cənab səfirə öz təşəkkürümüzü bildiririk. Bundan sonra da biz dost, qardaş Venesueladan olan alimləri universitetimizdə görməkdən məmnun olarıq. Bizim universitet nümayəndələrimiz də Venesuelada səfərdə olublar. Mənə elə gəlir ki, sizin ölkədə fəaliyyət göstərən universitetlərlə əlaqələrimizi daha da inkişaf etdirə bilərik. Bu, həm tələbələrimiz, həm də müəllimlərimiz üçün son dərəcədə faydalı olardı”.

Jose Ramon Pereira ADU-nun Venesuelada fəaliyyət göstərən universitetlərlə elmi əlaqələr qurmasının əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, iki ölkə arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Qonaq elmi əməkdaşlıq üçün münbit şəraitin olmasına diqqət çəkib: “Ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olması sevindirici haldır. Bu əlaqələr bütün sahələrdə özünü müsbət yöndə göstərməkdədir. Gənclərin elm, təhsil sahəsində fəaliyyətlərini dəstəkləmək çox önəmlidir. Həmçinin tələbə mübadiləsi, elmi, mədəni, ədəbi istiqamətlərdə əməkdaşlıq üçün hər cür dəstəyi göstərməyə hazırıq”.

Kamal Abdulla Venesuelada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını təmsil edəcək mərkəzin yaradılmasının vacibliyini qeyd edib. Bildirilib ki, hazırda bu istiqamətdə ciddi işlər aparılır və bunun nəticəsi olaraq yeddi ölkədə Azərbaycan mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir.

Görüşdə iki ölkənin tarixi, ictimai, siyasi həyatı ilə bağlı oxşar cəhətlərin olması diqqətə çatdırılıb. ADU-nun rektoru Azərbaycanın Zəfər tarixindən və Qarabağ həqiqətlərindən söz açıb.

Tərəflər elmi əməkdaşlıq və yeni elmi perspektivlərin axtarışları ətrafında müzakirə aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri