Icma.az
close
up
RU
525ci qəzet Venesuelanın ekososializm üzrə nazir müavini ADUnun qonağı olub

525ci qəzet Venesuelanın ekososializm üzrə nazir müavini ADUnun qonağı olub

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Noyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Venesuelanın ekososializm üzrə nazir müavini Jose Ramon Pereira və Venesuelanın ölkəmizdəki səfiri Kristofer Martinez ilə görüş keçirilib.

Bu barədə 525.az-a ADU-dan məlumat verilib. Görüşdə ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, son illər Azərbaycanla Venesuela arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr sürətlə inkişaf etməkdədir. Bu əlaqələrin inkişafı nəticəsində hər iki xalqın bir-birini daha yaxından tanımaları üçün əlverişli şərait yaranıb: “Venesuelada fəaliyyət göstərən universitetlərlə, ictimai xadimlərlə, ədəbiyyat və mədəniyyət nümayəndələri ilə əlaqələrimizin qurulmasında bizə yaxından kömək göstərən cənab səfirə öz təşəkkürümüzü bildiririk. Bundan sonra da biz dost, qardaş Venesueladan olan alimləri universitetimizdə görməkdən məmnun olarıq. Bizim universitet nümayəndələrimiz də Venesuelada səfərdə olublar. Mənə elə gəlir ki, sizin ölkədə fəaliyyət göstərən universitetlərlə əlaqələrimizi daha da inkişaf etdirə bilərik. Bu, həm tələbələrimiz, həm də müəllimlərimiz üçün son dərəcədə faydalı olardı”.

Jose Ramon Pereira ADU-nun Venesuelada fəaliyyət göstərən universitetlərlə elmi əlaqələr qurmasının əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, iki ölkə arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Qonaq elmi əməkdaşlıq üçün münbit şəraitin olmasına diqqət çəkib: “Ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olması sevindirici haldır. Bu əlaqələr bütün sahələrdə özünü müsbət yöndə göstərməkdədir. Gənclərin elm, təhsil sahəsində fəaliyyətlərini dəstəkləmək çox önəmlidir. Həmçinin tələbə mübadiləsi, elmi, mədəni, ədəbi istiqamətlərdə əməkdaşlıq üçün hər cür dəstəyi göstərməyə hazırıq”.

Kamal Abdulla Venesuelada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını təmsil edəcək mərkəzin yaradılmasının vacibliyini qeyd edib. Bildirilib ki, hazırda bu istiqamətdə ciddi işlər aparılır və bunun nəticəsi olaraq yeddi ölkədə Azərbaycan mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir.

Görüşdə iki ölkənin tarixi, ictimai, siyasi həyatı ilə bağlı oxşar cəhətlərin olması diqqətə çatdırılıb. ADU-nun rektoru Azərbaycanın Zəfər tarixindən və Qarabağ həqiqətlərindən söz açıb.

Tərəflər elmi əməkdaşlıq və yeni elmi perspektivlərin axtarışları ətrafında müzakirə aparıblar.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see225

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Mifləşdirilən hökmdar, susdurulan tarixçi KONKRET

07 Dekabr 2025 00:32see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri