Icma.az
close
up
RU
Venesuelanın ekososializm üzrə nazir müavini ADUnun qonağı olub Fotolar

Venesuelanın ekososializm üzrə nazir müavini ADUnun qonağı olub Fotolar

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 15-də Azərbaycan Dillər Universitetində  (ADU) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilən sessiyasında iştirak edən Venesuelanın ekososializm üzrə nazir müavini Jose Ramon Pereira və Venesuelanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez ilə görüş keçirilib.

Gununsesi.info  xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, son illər Azərbaycan və Venesuela arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr sürətlə inkişaf etməkdədir. Bu əlaqələrin inkişafı nəticəsində hər iki xalqın bir-birini daha yaxından tanımaları üçün əlverişli şərait yaranıb:

“Venesuelada fəaliyyət göstərən universitetlərlə, ictimai xadimlərlə, ədəbiyyat və mədəniyyət nümayəndələri ilə əlaqələrimizin qurulmasında bizə yaxından köməklik göstərən cənab səfirə öz təşəkkürümüzü bildiririk. Bundan sonra da biz dost, qardaş Venesueladan olan alimləri universitetimizdə görməkdən məmnun olarıq.

Bizim universitet nümayəndələrimiz də Venesuelada səfərdə olublar. Mənə elə gəlir ki, sizin ölkədə fəaliyyət göstərən universitetlərlə əlaqələrimizi daha da inkişaf etdirə bilərik. Bu, həm tələbələrimiz, həm də müəllimlərimiz üçün son dərəcədə faydalı olardı”.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Jose Ramon Pereira ADU-nun Venesuelada fəaliyyət göstərən universitetlərlə elmi əlaqələr qurmasının əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, hər iki ölkə arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Qonaq elmi əməkdaşlıq üçün münbit şəraitin olmasına diqqət çəkib:

“Ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olması sevindirici haldır. Bu əlaqələr bütün sahələrdə özünü müsbət yöndə göstərməkdədir. Gənclərin elm, təhsil sahəsində fəaliyyətlərini dəstəkləmək çox önəmlidir. Həmçinin tələbə mübadiləsi, elmi, mədəni, ədəbi istiqamətlərdə əməkdaşlıq üçün hər cür dəstəyi göstərməyə hazırıq”.

Xoş sözlərə və dəstəyə görə minnətdarlığını bildirən Kamal Abdulla Venesuelada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını təmsil edəcək mərkəzin yaradılmasının vacibliyini qeyd edib.

Bildirilib ki, hal-hazırda bu istiqamətdə ciddi işlər aparılır və bunun nəticəsi olaraq yeddi ölkədə Azərbaycan mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir.

Görüşdə hər iki ölkənin tarixi, ictimai, siyasi həyatı ilə bağlı oxşar cəhətlərin olması diqqətə çatdırılıb. ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycanın Zəfər tarixindən və Qarabağ həqiqətlərindən söz açıb.

Görüş gələcək elmi əməkdaşlıq və yeni elmi perspektivlərin axtarışları ətrafında  aparılan müzakirələrlə  davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri