Vens: İran xalqı hökuməti dəyişmək istəsə, bu onların işidir
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İran hakimiyyətinin dəyişdirilməsinin İran xalqının qərarı olduğunu bildirib.
Modern.az xəbər verir ki, Vens bununla bağlı açıqlamasında ABŞ-ın rejim dəyişikliyi üçün İrana quru qoşun göndərmək niyyətində olmadığını vurğulayıb.
“Əgər İran xalqı ayağa qalxıb hökumətini dəyişmək istəsə, bu onların işidir. Lakin yerli əhali bunu istəmədiyi halda, rejim dəyişikliyi naminə 150 min quru qoşunu göndərməyəcəyik”, - deyə o bildirib.
Vitse-prezident qeyd edib ki, hazırda ABŞ-ın İrana qoşun göndərmək planı yoxdur və belə bir təklif əslində Amerika hərbçilərinin İran xalqının görməli olduğu işi yerinə yetirməsi anlamına gələrdi.
“Biz artıq belə işlərlə məşğul olmuruq. Sadəcə, bunu etmirik”, - deyə Vens əlavə edib.
Baxış sayı:169
Bu xəbər 16 İyul 2026 04:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















