Vens İranın kəşfiyyat rəsmisi ilə şəxsən danışıqlar apara bilər
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi ilə üzbəüz danışıqlar aparmağı düşünür.
Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
"Vitse-prezident Cey Di Vens Respublikaçılar Partiyası üçün maneə hesab etdiyi müharibəyə son qoymaq üçün İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi ilə üzbəüz danışıqlar aparmağı düşünür", - nəşr yazır.
Mənbələrin məlumatına görə, son günlər ABŞ Prezidenti Donald Tramp yüksək vəzifəli köməkçilərinə və həmkarlarına Vensin İranla danışıqları bərpa etməsinə açıq olduğunu bildirib və ona danışıqları aparmaq səlahiyyəti verib.
Nəşrin mənbələri qeyd edib ki, Vens və İran rəsmiləri görüşməyə razı olarsa, Qətərin paytaxtı Doha danışıqların növbəti mərhələsi üçün mümkün məkan kimi nəzərdən keçirilir.
Oktyabrda ABŞ-ni vitse-prezidenti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaeyə görüşlə bağlı məktub göndərib. /"Report"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 12 Noyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















