Vens: İranla atəşkəs kövrəkdir, aldatsalar, bax, o zaman...
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
İranla əldə edilən müvəqqəti atəşkəs çox kövrəkdir.
Ölkə.az xəbər verir ki, bunu İranla danışıqlara rəhbərlik edən ABŞ vitse-prezidenti C.D. Vens Budapeştdə çıxışı zamanı deyib.
Vens bildirib ki, İranın cavabı hökumət daxilindəki qrupdan asılı olaraq dəyişib.
"Buna görə də deyirəm ki, bu, kövrək bir atəşkəsdir. Aydındır ki, bəzi insanlar danışıqlar masası arxasına keçib yaxşı bir razılaşma əldə etmək üçün bizimlə işləmək istəyirlər, bəziləri isə artıq qurduğumuz kövrək atəşkəs barədə belə yalan danışırlar”, - o vurğulayıb.
Vitse-prezident əlavə edib ki, əgər iranlılar bizimlə vicdanla işləməyə hazırdırlarsa, razılığa gələ bilərik: “Əgər onlar yalan danışacaqlarsa, aldadacaqlarsa, hətta qurduğumuz kövrək atəşkəsi belə pozmağa çalışacaqlarsa, onlar üçün yaxşı olmayacaq".
Vensin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp komandasından İrana təzyiq göstərmək üçün müəyyən hərbi, diplomatik və iqtisadi vasitələrdən istifadə etməkdən hələlik çəkinməyi xahiş edib.
O qeyd edib ki, İran müharibənin müsbət sonlanması ilə bağlı razılığa gələ bilməsə, bu variantlar qüvvədə qalır.
“Prezident Tramp bizə danışıqlar masasına gəlməyimizi deyib. Amma iranlılar da eyni şeyi etməsələr, ABŞ prezidentinin işləri yoluna qoymadığını görəcəklər. O, səbirsizdir. O, irəliləyiş əldə etməyə can atır”,- Vens qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 Aprel 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















