Vens Zelenskini ABŞ a təşəkkür etməyə çağırdı: Biz olmasaydıq, o və ölkəsi...
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukrayna lideri Vladimir Zelenskiyə narazılığını açıq şəkildə ifadə etmək əvəzinə, ABŞ-a səxavətinə görə təşəkkür etməyi tövsiyə edib.
"RİA Novosti"-nin xəbərinə görə, Vens qeyd edib ki, ABŞ olmasaydı, nə o, nə də Ukrayna mövcud ola bilməzdi.
“Prezident Zelenski və ölkəsi Amerika Birləşmiş Ştatlarının səxavəti olmasaydı, mövcud ola bilməzdi. Odur ki, o, təşəkkürünü bildirsin”, - vitse-prezident vurğulayıb.
"Əgər Ukrayna lideri Trampla razılaşmırsa, ABŞ prezidentini tənqid edərək Avropaya media turuna çıxmaqdansa, telefonu götürüb ona və ya bizim istedadlı diplomatlarımıza zəng etsin", - deyə Vens tövsiyə edib.
O, həmçinin Zelenskinin davranışını axmaqlıq adlandırıb./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 21 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















