Icma.az
close
up
RU
Vərəm: “diqqətli olmadığımız təqdirdə böyük fəsadlar törədə bilər”

Vərəm: “diqqətli olmadığımız təqdirdə böyük fəsadlar törədə bilər”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Son illər vərəm xəstəliyi mətbuatda az müzakirələr aparılır. Amma problem hələ də aktuallığını saxlayır və maarifləndirmə olduqca vacibdir. Azərbaycanda vərəm xəstəliyindən əziyyət çəkən şəxslər az deyil. Bəs vərəmli xəstələrlə bağlı ümumi vəziyyət və son illərin statistikası necədir? Artım, yoxsa azalma qeydə alınır? Sözügedən xəstəliyin müalicəsi icbari tibbi sığortaya daxildirmi? Bu istiqamətdə yeni müalicə üsulları tətbiq edilirmi?

Bu barədə həkim-mütəxəssislər “Xalq Cəbhəsi”nə danışıb.

Həkim-mütəxəssis Mətanət Məmmədova son illərdə vərəm xəstəliyi ilə bağlı narahatlıqların artmaqda olduğunu söyləyərək əlavə edib ki, vərəm, sadəcə tarixi filmlərdən bildiyimiz bir xəstəlik deyil, o, hələ də aramızdadır və diqqətli olmadığımız təqdirdə böyük fəsadlar törədə bilər: “Vərəm “Mycobacterium tuberculosis” adlı bir bakteriya tərəfindən törədilən yoluxucu bir infeksiyadır. Əsasən ağciyərləri hədəf alsa da, beyin, sümük, böyrəklər kimi orqanlara da yayıla bilər. Xəstəlik hava-damcı yolu ilə ötürülür . Yəni vərəm xəstəsi öskürəndə, asqıranda və ya danışanda havaya yayılan damcıları nəfəs yolu ilə aldığımız zaman yoluxma baş verir. Lakin hər yoluxma mütləq xəstəlik demək deyil. İmmun sistemi güclü olan insanlarda bakteriyalar illərlə "yuxu" vəziyyətində qala bilər”.

“Müalicə prosesi uzun və ardıcıl olmalıdır”

Vərəm xəstəliyinin əlamətlərindən danışan həkim əsas əlamətlərin iki həftədən artıq davam edən quru öskürək, gecə tərləmələri, yüksək temperatur və ya qızdırma, səbəbsiz çəki itkisi, ümumi zəiflik və yorğunluq olduğunu diqqətə çatdırıb: “Əgər sizdə və ya yaxınlarınızda bu əlamətlər müşahidə olunarsa, dərhal tibbi müayinədən keçməlisiniz. Erkən diaqnoz və müalicə, yalnız xəstənin sağalmasını deyil, həm də ətrafdakı insanların yoluxma riskini azaltmağa kömək edir. Vərəm dərman terapiyası ilə müalicə olunan xəstəlikdir. Müalicə prosesi uzun və ardıcıl olmalıdır və adətən ən azı 6 ay davam edir. Müalicəni yarıda saxlamaq xəstəliyin təkrar yaranmasına və ən əsası dərmanlara qarşı müqavimət qazanmasına səbəb ola bilər. Bu da müalicəni daha da çətinləşdirir”.

M.Məmmədova immun sistemi zəif olanların (məsələn, İİV/QİÇS xəstələri), şəkərli diabet xəstələrinin, düzgün qidalanmayan və zərərli vərdişləri olan şəxslərin (siqaret, alkoqol), vərəm xəstəsinin yaxınlarının və birgə yaşadığı insanların çox risk altında olduğunu deyib.

“Vərəmlə bağlı vəziyyət stabildir”

O, vərəmdən qorunmağın ən effektiv yollarından birinin uşaqlara BCG peyvəndi vurulması olduğunu bildirib: “Bu peyvənd uşaqları vərəmin ən ağır formalarından qoruyur. Bununla yanaşı, gigiyena qaydalarına riayət etmək, qapalı və havasız yerlərdən uzaq durmaq və immuniteti gücləndirmək üçün sağlam həyat tərzi sürmək vacibdir. Azərbaycanda vərəmlə mübarizə sahəsində mühüm addımlar atılıb. Ölkənin bu sahədəki statistikası müsbət dinamika göstərir. Hazırda Azərbaycanda vərəmlə bağlı vəziyyət stabildir və xəstələrin sayı azalma tendensiyasındadır. Bu nəticə əsasən, Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən effektiv profilaktika tədbirləri və müalicə proqramlarının sayəsində əldə edilib. Ötən illərdə Azərbaycanda vərəmə tutulma hallarında həm artım, həm də azalma meylləri olub. Məsələn, 2022-ci ildə 686 yeni vərəm xəstəsi aşkarlanıb. Xəstələrin həm ilkin, həm də təkrar halları üzrə 1034 nəfər müalicəyə qoşulub. Ağciyər vərəmi daha çox yayılıb (yeni hallar daxilində ~22.5%), ağciyərdənkənar formalar isə ~5.9%”.

“Hər birimizin üzərinə düşən məsuliyyətlər var”

Həkimin sözlərinə görə, Azərbaycanda vərəmin müalicəsi dövlət tərəfindən tamamilə maliyyələşdirilir və bütün vərəm xəstələri üçün pulsuz təmin edilir: “Vərəm xəstəliyi icbari tibbi sığortanın xidmətlər paketinə daxildir və müalicə bütün xəstəxanalar tərəfindən sığorta çərçivəsində aparılır. Bu, hər bir vətəndaşın tibbi xidmətlərə bərabər çıxışını təmin edir və xəstəliyin cəmiyyətdə yayılmasının qarşısını almağa yönəlmiş mühüm bir sosial təminatdır. Tibb elmindəki irəliləyişlər vərəmin müalicəsində də öz əksini tapır. Vərəm infeksiyasının müalicəsində istifadə edilən dərmanlar və onların kombinasiyası daim təkmilləşdirilir. Çoxdərmanlı müqavimətli (ÇDM) vərəm (multidrug-resistant tuberculosis) kimi daha mürəkkəb formaların müalicəsi üçün yeni dərmanlar və qısa müddətli terapiya sxemləri tətbiq olunur. Bu yeni müalicə üsulları, xəstəliyin müalicə müddətini qısaldır və sağalma şansını artırır. Azərbaycanda da dünya standartlarına uyğun olan müalicə protokolları tətbiq edilir və bu, xəstələrin ən müasir tibbi xidmətlərdən faydalanmasını təmin edir. Vərəmlə mübarizə aparmaq üçün hər birimizin üzərinə düşən məsuliyyətlər var. Qeyd edilən simptomlar müşahidə edildikdə dərhal həkimə müraciət etmək və tibbi müayinədən keçmək son dərəcə vacibdir. Erken diaqnoz qoyulduğu halda, vərəm tamamilə sağalan bir xəstəlikdir”.

Dünyada insan ölümünə ən çox səbəb olan 10 xəstəlikdən biri...

Həkim-mütəxəssis Ülkər Məmmədova bildirib ki, vərəm “Mycobacterium Tuberculosis” adlı bakteriyaların törətdiyi, əsasən hava-damcı yolu ilə yayılaraq ağciyərləri, bəzən də digər orqanları zədələyən infeksion xəstəlikdir: “Vərəm ölkəmizdə milli peyvənd təqviminə daxildir. Vərəm peyvəndi BSG ( Bacillus Calmette-Guerin ) həyatın ilk günlərində vurularaq vərəmin ağır formalarından (miliyar vərəm,meningit və s.) uşaqları qoruyur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ən son məlumatlarına görə vərəmlə bağlı ümumi vəziyyətə nəzər salsaq dünyada insan ölümünə ən çox səbəb olan 10 xəstəlikdən biri vərəmdir. 2025-ci il üçün vərəmə yoluxmuş dünyada qeydiyyatda olan yeni vərəm xəstələrinin sayı 10 milyondan çoxdur. Ölənlərin sayı isə 1,5 milyona qədərdir. Hər nə qədər ÜST vərəmlə mübarizəni gücləndirsə də vərəm çöplərinin insidansı qoyulan məqsədə qədər enməyib. Buna səbəblərdən biri də bakteriyaların dərmanlara qarşı yaratdıqları davamlılıqdır”.

“Vərəm sosial əhəmiyyətli xəstəlikdir”

Ü.Məmmədova qeyd edib ki, son 5 ildə ölkəmizdə vərəm insidansı artıb: “Hər nə qədər monitorinqlər təşkil olunsa da, hələ də qeydiyyatda olmayan, ictimai yerlərdə, aramızda olan vərəm xəstələri vardır. Vərəm xəstəliyi sosial əhəmiyyətli xəstəlik olub ölkəmizdə vərəm dispanserlərində müalicə olunur. Müalicəsi ÜST və Milli Vərəm proqramı əsasında təşkil olunur. Son illərdə əlavə güclü dərmanlar da müalicəyə daxil edilir. Vərəm xəstəliyi təsdiq olunmuş, şübhəsi olan, təmas tarixçəsi olan, vərəmli xəstə ilə eyni mənzildə yaşayan və ya əlamətləri olan şəxslər mütləq həkim müayinəsindən keçməlidir. Həkim mütəxəssisin təsdiqindən sonra qeydiyyatda olan vərəm xəstələrinə İcbari Tibbi Sığorta çərçivəsində müayinə və müalicələr dövlət tərəfindən tam qarşılanır”.

“Vərəmin profilaktikası ictimai və fərdi təşkil olunmalıdır”

O həmçinin deyib ki, vərəmin profilaktikası ictimai və fərdi olaraq təşkil olunmalıdır: “İctimai qorunma yollarına xəstələrin vaxtında aşkarlanması və müalicəsi, izolyasiyası, müalicənin yarımçıq qoyulmaması, ətraf mühitin yaxşılaşdırılması, ehtiyac olarsa profilaktik müalicə və s. Fərdi qorunma yollarına isə birinci növbədə peyvənd, mütəmadi müayinələr, lazım olduqda maska taxmaq və gigiyenik qaydalara riayət etmək, düzgün qidalanma, pis vərdişlərdən uzaq durmaq və s. aiddir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Sentyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri