Icma.az
close
up
RU
Vərəmə yoluxduğuna görə futbolu buraxan dahi yazıçı

Vərəmə yoluxduğuna görə futbolu buraxan dahi yazıçı

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu gün görkəmli fransız yazıçı Alber Kamyunun doğum günüdür.

Kulis.Az onun haqqında çoxlarının bilmədiyi faktları təqdim edir.

1. Kamyu əslində, “fransız” deyil. Atası Bordolu fransız idi, anası isə ispan. Kamyunun özü Əlcəzairdə doğulmuşdu. Bir çox əlcəzairli Kamyunun “Əlcəzair övladı” olduğunu iddia edir.

2. Çox ağır bir uşaqlıq dövrü yaşayıb. Atası I Dünya müharibəsində Marne döyüşlərində həlak olmuşdu. Onda Kamyunun heç 1 yaşı yox idi. Anası oxumağı, yazmağı bilmirdi. Üstəlik, qulağı yaxşı eşitmirdi. Qulluqçu işləyib Kamyuya baxırdı. Kamyu anası və nənəsi ilə bərabər yoxsulluq içində yaşadı.

3. Kamyu çox möhtəşəm tələbə idi. Litseyi dövlət hesabına qazanmışdı. Bəlkə də, bu yoxsulluğun verdiyi qüvvət və əzmkarlıqdan belə olmuşdu? Kim bilir?! Amma bir onu bilirik ki, Kamyu oxumağı çox sevirdi...

4. Kamyu özünü eksiztensialist hesab etmirdi. Özünü hansısa ideologiyanın çərçivəsinə salmaq istəmirdi.

5. Təkcə ekzistensalist baxışı üzərindən götürmürdü. Eyni zamanda “filosof” adını da üstündən atırdı. Halbuki fəlsəfə diplomu da almışdı...

6. 1934-cü ildə nasizmin tüğyan etdiyi dövrdə Kamyu etiraz olaraq Fransa Kommunist partiyasına üzv oldu. Ancaq sonra Əlcəzair millətçiliyi etdiyi üçün partiyadan uzaqlaşdırıldı.

7. Kamyu, sadəcə, roman yazmırdı. Jurnalistika ilə məşğul olmaqla bərabər teatr üçün pyeslər yazır, eyni zamanda esselərini çap etdirirdi.

8. “Fəlsəfənin bir problemi var, o da intihar” – deyən Kamyu əslində, həyatsevər biri idi. Nə qədər intihar haqqında düşünsə də, yaşamağın lazım olduğunu qəbul edirdi.

9. “Həyat və əxlaq haqqında hər şeyi futboldan öyrəndim” – onun məşhur cümlələrindən biri. Kamyu 17 yaşına qədər futbol oynadı. Qapıçı idi. Vərəm xəstəliyinə görə futbolu buraxmaq məcburiyyətində qalmışdı.

10. İlk dəfə 1934-cü ildə 21 yaşında evlənib. Xanımı varlı bir göz həkiminin qızı idi. Eyni zamanda narkotik aludəçisi idi. Sədaqət çatışmırdı. Evlilikləri bu səbəbdən cəmi iki il çəkdi. 1945-ci ildə Kamyu ikinci dəfə evləndi. Frensin Faure adlı gözəl bir xanımla. Bu evlilikdən Katerina və Jen adında gözəl qızlar dünyaya gəldi. Ancaq bu evliliyində də işlər yolunda getmirdi. Kamyu başqa qadınlarla münasibət qururdu. Gündəliyində yazırdı: “Heç kimi aldatmırdım, başdan çıxarmırdım... Uduzdum...”

11. Həyatı boyunca siqaret çəkdi. Siqareti atmadı. Hətta “Siqaret” adında pişiyi də vardı...

12. Nobel mükafatını qazanan ilk Afrika əsilli yazıçıdır. Həmçinin mükafatı qazanan ikinci ən gənc yazıçı.

13. 1960-cı ildə avtomobil qəzasında həlak oldu. Yanındakı dostu və naşiri Maykl Qalimard da canını tapşırdı. Qəzadan sonra Kamyunun cibindən istifadə olunmamış qatar bileti çıxdı.

14. Kamyunun ölümündən sonra Sartr onun haqqında mədhiyyə yazdı. Son vaxtlar araları yaxşı deyildi, danışmırdılar. Bu mədhiyyə Sartrın köhnə dostuna vəfa borcu idi.

15. Kamyunun üzərindən bir də avtobioqrafik romanının ilk hissəsi tapıldı. Bu parçanı daha sonra qızı “İlk adam” adı ilə çap etdirdi.

16. Kamyunun ən məşhur romanı “Yad” əsasında iki rejissor film çəkib. Biri italyan rejissor Lucino Viskonti, digəri türk rejissor Zeki Demirkubuz.

Hamı bu məşhur kitabları yarımçıq oxuyub - Siyahı Britni Spirs yenə gəlinlik geyindi: "Özümlə evləndim" Gənc rejissorların filmləri nümayiş olunacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Noyabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri