Icma.az
close
up
RU
Vərəsələrin kreditorlar qarşısında öhdəlikləri müəyyən edildi

Vərəsələrin kreditorlar qarşısında öhdəlikləri müəyyən edildi

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Prezidenti Torpaq, Mülki Prosessual, Mülki məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Yeni dəyişikliklər ilə son illər daha çox müşahidə edilən miras ilə bağlı mülki mübahisələrin və eləcə də məhkəmə işlərinin kəskin azalacağı gözlənilir. Belə ki, son illər dünyasını dəyişmiş şəxsən övladları arasında bir sıra hallarda mirasa, yəni əmlaka və sərvətə sahib olmaq ilə bağlı mübahisələrin sayında artımlar müşahidə olunurdu. Bəzən, bu mübahisələr övladlar arasında nəsil çəkişmələrinə belə səbəb olurdu. Sözügedən bütün qanunverici aktlarda edilən dəyişikliklərə əsasən mirasdan imtina vərəslərinin mirası qəbul etmədiyi halda deyil, bütün vərəsələrin mirasdan imtina etdiyi halda rəsmilləşəcək. Yəni, vərəsələrdən hər hansı birinin miras ilə bağlı iddia irəli sürməməsi heç də onun mirasdan imtinası anlamına gəlməyəcək.
Dəyişikliklər birmənalı şəkildə mirasın qəbulu mexanizminin təkmilləşdirilməsinə xidmət edəcək. Belə ki, əvvəllər mirasın qəbulu ilə qanunvericilikdə olan bir sıra ziddiyyətlər son illər varislər arasında bir sıra mülki mübahisələrin yaranmasına səbəb olmuşdur ki, yeni dəyişikliklər bu problemləri aradan qaldıracaq. Belə ki, əvvəllər miras ilə bağlı vərəsənin susması, yəni mirası qəbul və ya imtina etməməsi, onun mirasdan imtina etdiyinə ehtimallar yaradırdı və bu da daha sonradan mübahisələrə səbəb olurdu.
Azərbaycan Prezidentinin təsdiq etdiyi son dəyişikliklər mülkiyyət hüququnun konstitutsion təminatının möhkəmləndirilməsi və mirasın qəbulu institutunun tələblərinin daha da təkmilləşdirilməsi və dəqiqləşdirilməsinə xidmət edir.
Belə ki, əvvəlki qanunvericiliyə əsasən vərəsələrin heç biri mirası qəbul etmədiyi halda əmlak xəzinəyə keçirilirdi. Təsdiq olunan dəyişikliklərə əsasən isə bütün vərəsələr mirasdan imtina etdiyi halda bu baş verir. Daha sadə dildə izah etsək, dünyasını dəyişən şəxsən mirasına fərqli səbəblərdən vərəsələrdən heç biri iddia etmədikdə bu mirasdan imtina kimi izah olunurdu. Yeni qaydalara isə, yalnız vərəsələrin mirasdan imtina etdiyi halda bu reallaşır.
Eyni zamanda, mirasın qəbulundan imtina etmədikdə miras vərəs tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasdan imtina üçün müəyyənləşdirilmiş zaman bitənədək notarius tərəfindən mirasın siyahıya alınması tələb edə bilər. Müraciət daxil olduğu gündən 2 ay müddətində miras siyahıya alınır.
Miras açıldıqdan sonra vərəsənin dünyasını dəyişməsi və onun vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik bazası da təkmilləşir və mirasın qəbulu müddətləri ilə məhdudlaşdırılmır. Belə ki, mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasdan imtina müddəti ilə məhdudlaşdırılır və daha əlverişli qaydalar müəyyənləşdirilir. Dəyişikliklərə əsasən, ölmüş vərəsənin varisinin mirasdan imtina üçün müəyyənləşdirilmiş müddət 3 aydan az olarsa həmin müddət 3 ayadək uzadılır.
Vacib dəyişikliklərdən biri də vərəsələrin kreditorlar qarşısında öhdəlikləri ilə bağlıdır. Yəni, dünyanı dəyişən şəxsın kredit borcları ilə bağlı öhdəlikləri də aydın şəkildə bölüşdürülür. Belə ki, yeni dəyişikliklərə əsasən mirasın siyahısı notarus tərəfindən təsdiq edildikdə vərəsələr miras qoyanın kreditorlar qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
Miras şəriklərinə vərəsəlik şəhadətnaməsinin verilməsi mexanizmləri də təkmilləşdirilib. Belə ki, notarus vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrinin də payı ilə bağlı məlumatları həmin sənəddə qeyd edir. Bu vərəsədən imtina etməyən amma şəhadətnamə almaq üçün müraciət etməyən vərəsələrin hüquqlarının qorunması baxımdan olduqca vacib dəyişiklikdir.
Bütövlükdə, yeni dəyişikliklərin mirasa sahiblikdə vərəsələrin hüquqlarının yaxından qoruyacağına və mülki mübahisələrin sayının azaldacağına xidmət edəcəyi gözlənilir.
Vüqar Bayramov, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 İyul 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see120

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see120

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri