Icma.az
close
up
RU
Vergi Məcəlləsində nə, necə dəyişir?

Vergi Məcəlləsində nə, necə dəyişir?

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi güzəşt və tətillərinin tətbiqi ilə bağlı siyasətin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur. Vergi güzəşt və azadolmaları büdcə, iqtisadi və sosial baxımdan səmərəlilik prinsipləri qiymətləndirilməklə, habelə nəticəyönümlü güzəşt və azadolmalar müəyyən edilməklə təsnifləşdirilib. Bu məqsədlər nəzərə alınmaqla 2025-ci ildə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi hökumətə təqdim olunub və müsbət rəy alaraq Milli Məclisin müzakirəsinə çıxarılıb.  Vergi Məcəlləsinə dəyişikliklərin əsas mahiyyətini açıqlayan Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında bildirib ki, təşviqlər investisiya qoyuluşunu stimullaşdırmaq, uzunmüddətli dövrdə dövlətin maliyyə yükünü azaltmaq, istehlakçılar üçün tarifləri aşağı salmaq, eləcə də daxili istehsalı dəstəkləmək və digər təbbirlərin həyata keçirilməsinə yönəlib.

Vergi yükünün optimallaşdırılması, inzibatçılığın təkmilləşdirilməsi

Qeyd edək ki, ölkənin ali maliyyə sənədi olan 2025-ci ilin dövlət büdcəsi layihəsində gəlirlər üzrə siyasətin əsas istiqamətləri ölkənin iqtisadi inkişafını  sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini  daha cəlbedici  etmək prioritetlərinə fokuslanıb. Bu məqsədlə vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımların atılması planlaşdırılır.

Bu prioritetləri nəzərə aldıqda vergi qanunvericliyinə edilən dəyişikliklərin ilk istiqaməti kimi niyyətin investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasından ibarət olduğunu deyə bilərik. Xüsusilə də azad ərazilərdə biznes və investisiyalar üçün yeni vergi optimallaşma imkanlarının genişləndirilməsi əsas yer tutacaq. Məqsəd 2023-cü ildən tətbiqinə başlanılmış işğaldan azad edilmiş ərazilərdəki vergi güzəştlərinin təşviqini daha da gücləndirməklə bu ərazilərə xarici iş adamlarını cəlb etmək, bölgənin iqtisadi reinteqrasiya arxitekturasını möhkəmləndirməkdir.

Bundan başqa, dövlət-özəl  tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsi və bəzi xidmət sahələri  üzrə mikrosahibkarların gəlirlərinə vergi güzəştinin tətbiq edilməsi nəzərdə tutulur ki, bu da kiçik və orta biznesin fəaliyyətinə daha geniş meydan açmaq məqsədi güdür. Biznes sektorunda vergi güzəştləri ilə yanaşı, bir sıra institusional alətlər üzrə optimallaşdırma tədbirləri nəticəsində vergi yükünün aşağı salınması da nəzərdə tutulur. Belə ki, kiçik, orta və mikro sahibkarların müxtəlif rəqəmsal və elektron sənədləşmələr, daha doğrusu, vergi əməletməsinə çəkdikləri xərclərinin minimallaşdırılması, eyni zamanda, sadələşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər sayəsində də ümumi vergi yükünün azalması gözlənilir. Bundan başqa, cari ilin ortalarında qüvvəyə minmiş Rəqabət Məcəlləsi də təşviqlərlə paralel şəkildə bu istiqamətdə imkanları daha da artıracaq.

“Yaşıl iqtisadiyyat” quruculuğunu təşviq edən güzəştlər

Vergi güzəştləri paketində yer alan ən mühüm prioritetlərdən biri də ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsidir. “Yaşıl iqtisadiyyat” quruculuğunun tərkib hissəsi kimi yer alan bu istiqamət üzrə ətraf mühitin qorunması, sənayeləşmənin ekoloji təsirlərinin azaldılması istiqamətində təşviqedici vergi alətləri çərçivəsində elektroavtomobillərin istifadəsinə böyük üstünlüyün verilməsi, ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə vergi-gömrük tətillərinin artırılması istisna olunmur.

Habelə vergi qanunvericliyində nəzərdə tutulan dəyişikliyə əsasən, enerji doldurucularının idxalı və satışı daha 2 il müddətində ƏDV-dən azad olunur.

Yeni dəyişikliyin başlıca məqsədi ölkəmizdə ənənəvi avtomobil parkını tədricən elektroavtomobillərlə əvəz etmək, onların sayını sürətlə artırmaq, avtomobil idxalı ilə məşğul olan sahibkarları bu sahəyə motivasiya etməkdir.

Habelə dünyada geniş yayılmış məhdudlaşdırıcı vergi alətlərindən istifadə olunacaq ki, onlardan biri də karbon vergisinin tətbiqidir. “Yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı prosesdə aktiv iştirak edən və ekoloji səmərəlilik prinsiplərinə üstünlük verən sahibkarlara “yaşıl vergi” güzəştlərinin verilməsi düşünülür, eyni zamanda, karbon emissiyasının təsirlərinin azaldılması üçün karbon vergisinin tətbiqi gözlənilir.

Hökumət idxal inflyasiyasının təsirlərini məhdudlaşdırmaq və idxalı əvəz edən yerli istehsalı stimullaşdrımaq məqsədilə 2023-cü ildə tətbiq edilən vergi-gömrük güzəştlərinin 2025-ci ildə davam etdirilməsi məqsəduyğun hesab edir. Bu çərçivəyə əsasən, daxili istehsalda istifadə edilən bir sıra xammal və aralıq mallarına tətbiq olunan idxal gömrük rüsumlarının dərəcəsinin 2024-cü il yanvarın 1-dən 7 il müddətinə “0” dərəcəyə endirilməsi, bir sıra əsas vəsaitlərin idxalına ƏDV və gömrük güzəştlərinin tətbiqi siyasətinin davam etdirələcyi nəzərdə tutulur. Həmçinin vergi və gömrük inzibatçılığı mexanizminin və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi də əsas tədbirlərdən biridir.

Kiçik və orta biznesin fəaliyyətinin dəstəklənməsi

Ümumiyyətlə, iqtisadi və investisiya təşviqi xarakterli  güzəştlərin bir neçə il də qüvvədə qalması gözlənilir ki, bu da ölkədə qeyri-neft sektorlarında çalışan biznes icmasının fəaliyyətinin daha da genişlənməsini təmin etməkdir. Vergi orqanları məhz bu alətlərlə qeyri-neft sektorunda çalışan biznes icmasını həvəsləndirməyi və bununla vergi bazasını genişləndirməyi hədəfləyir. Vergi bazasının artırılması üçün nəzarət mexanizminin təkmilləşdirilməsi də islahatlar toplusunun istiqamətlərindən biridir. Ancaq bu o demək deyil ki, yumşaq nəzarət tədbirləri hansısa sahənin vergidən yayınmasına əsas verəcək, vergi orqanları qanunla müəyyən edilmiş qaydalar çərçivəsində vergi rejimlərinin tətbiqinə də xüsusi önəm verəcək.

Vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə borcların alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi  ilə bağlı müddəaların da təkmilləşdirilməsi, vergi ödəyicisinə qarşı  vergi öhdəliyini verilmiş müddətdə yerinə yetirmədiyinə görə, məhdudlaşdırıcı tədbirlərin görülməsi də növbəti ilin planlarına daxildir.

Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsinin qəbulu ölkəyə investisiya axınına, əlavə iş yerlərinin yaradılmasına, mikro sahibkarların fəaliyyətinin dəstəklənməsinə, azgəlirli mikrosahibkarın vergi yükünün optimallaşdırılmasına, avtomobil sənayesinin canlandırılmasına və müxtəlif sahələrdə təşviqedici vergi siyasətinin həyata keçirilməsinə səbəb olacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri