Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Vergi Məcəlləsinə edilən dəyişikliklər istehlakı tənzimləyir, sahibkarlığı təşviq edir ŞƏRH

Vergi Məcəlləsinə edilən dəyişikliklər istehlakı tənzimləyir, sahibkarlığı təşviq edir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 dekabr, AZƏRTAC

2026-cı ilin dövlət büdcəsi bir sıra kordinal dəyişikliklərlə yadda qaldı və tədricən 2026-cı ildən etibarən büdcənin formalaşdırılmasında neft sektorunun payının azalması və qeyri-neft sektorunun payının artması ili kimi də xarakterizə etmək olar. Təbii ki, bu, həm də Vergi Məcəlləsinə dəyişikliklərlə müşayiət olundu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Ekspert qeyd edib ki, Vergi Məcəlləsində dəyişiklikləri bir neçə aspektdə təsnifləşdirmək olar.

“Birincisi, dövlət xüsusən mikro və kiçik sahibkarları həvəsləndirmək istiqamətində işləri davam etdirir. Buna sadələşmiş vergi ödəyicilərinin elektron, nağdsız dövriyyələrinin 50 faiz əmsalı ilə sadələşdirilmiş vergiyə cəlb edilməsi məsələsi daxildir. Yəni sadələşmiş vergi ödəyiciləri əgər nağdsız əməliyyatlar həyata keçirərsə onların sadələşdirilmiş vergi çərçivəsi iki dəfəyə qədər artacaq. Eyni məsələ iaşə sektorunda da tətbiq edildi. İaşə sektorunda da nağdsız dövriyyə, yəni kartlarla ödənişi qəbul edən sahibkarlar həm 6 faiz vergi dərəcəsi ilə mükafatlandırılacaq, həm də ƏDV ödəyicisi olan iaşə sektoru subyektlərinin də nağdsız dövriyyələri zamanı onlara güzəşt tətbbiq olunacaq. Bundan başqa, Naxçıvana geniş vergi güzəştləri tətbiq edilib. Şərqi Zəngəzur və Qarabağa tətbiq edilən 10 illik bütün güzəştlər Naxçıvana da tətbiq ediləcək. Bununla da uzunmüddətli blokadada qalıb iqtisadi cəhətdən inkişaf edə bilməyən Muxtar Respublikanın növbəti 10 ildə Zəngəzur dəhlizinin də açılması ilə inkişafına veriləcək böyük dəstəkdir. Təbii ki, bu addımlar sahibkarların cəmiyyətdə rolunun artmasına, xüsusən də nağdsız dövriyyələrin genişlənməsinə gətirib çıxarır. Çünki zaman-zaman əhali, xüsusən də kiçik sahibkarlıq obyektlərində kartla ödənişlərdən yayınma hallarını müşahidə edirdilər və cəmiyyətdə bu hal narazılıq yaradırdı. Təbii ki, dövlət Vergi Məcəlləsinə edilən bu dəyişiklik və güzəştlərlə həmin subyektləri nağdsız ödənişlərə maraqlı edir”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, digər diqqəti cəlb edən məqam özəl sektorda işləyən şəxslərin gəlir vergisinin tədrici bərpası idi: “Bildiyiniz kimi, 2019-cu ildə 7 illik güzəşt müddəti verilmişdi və burada əsas məqsəd özəl sektorun inkişaf etməsi, özəl sektorda məşğulluğun təşviq edilməsi, eyni zamanda, şəffafllığa nail olunması idi. Bu güzəştli müddət isə 2026-cı ilin yanvarından bitirdi. Hökümət bu güzəşti də tədricən aradan qaldırmaq qərarı verdi. Yəni yaxın 3 ildə özəl sektorda işləyən şəxslər də gəlir vergisinin ödənməsinə başlayacaq. Növbəti ildə əmək haqqıdan tutulan vergilər 3 faiz təşkil edəcək.

Digər aspekt istehlak istiqamətində vergi qoyma məsələləri idi. Bir neçə il bundan qabaq hibrid və elektrik mühərrikli yeni avtomobillərdə əlavə dəyər vergisi güzəşti tətbiq edilmişdi. Burada əsas məqsəd avtoparkın yenilənməsi və əhaliyə daha əlverişli maşın almağa imkan vermək idi. Eyni zamanda, ekoloji aspekt var idi, çünki yeni, müasir avtomobillər xüsusən də hibrid və elektrik mühərrikli avtomobillərin ətarf mühiti çirkləndirmə səviyyəsi aşağıdır. Həmçinin təhlükəsiz hərəkət məqamları da ön planda idi. Müəyyən müddətdə çox effektiv güzəşt əhali tərəfindən istifadə olundu. Ümumiyyətlə, bu il 30 faizə qədər avtomobil idxalı artıb. Bu güzəştli müddət bitəcək və 2026-cı ildən etibarən bütün avtomobillərdə olduğu kimi hibrid və elektrik mühərrikli avtomobillər də idxal zamanı 18 faiz vergiyə cəlb olunacaq.

İstehlak vergiləri istiqamətində digər diqqəti cəlb edən məsələ vətəndaşın xarici ölkədən telefon gətirərkən tətbiq olunan rüsum və aksiz vergisidir. Belə ki, hüquqi şəxslər telefon gətirərkən 20 manat, vətəndaş isə ikinci telefonu gətirərsə il ərzində aksiz vergisinə cəlb olunacaq. Burada əsas məqsəd həm büdcənin fiskal funksiyasının yerinə yetirilməsidir, həm də bazarda ədalətli rəqabət mühitinin yaradılmasıdır. Çünki fiziki şəxslər tərəfindən vergilərdən kənar gətirilən telefon bütün vergiləri ödəyən hüquqi şəxslərin fəaliyyətinə maneçilik törədirdi və bu tətbiq bazarda rəqabət mühitini yaxşılaşdıracaq, eyni zamanda, büdcəyə gəlir gətirəcək addımlardır. Həmçinin spirtli içkilərə də aksiz vergisinin artırılması müşahidə olundu”.

X.Kərimli əlavə edib ki, ümumiyyətlə, Vergi Məcəlləsinə edilən dəyişiklikləri əsasən istehlak vergilərinin, xüsusilə avtomobil, spirtli içkilər və mobil telefon kimi lüks istehlak malları üzrə artırılması, eyni zamanda gəlir vergisinin bərpası və paralel olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə daha geniş vergi güzəştlərinin tətbiqi kimi xarakterizə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see334

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see200

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see198

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see180

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see168

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see154

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see149

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see148

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see147

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see140

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see139

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see139

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see139

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see137

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri