Vergi ödəyicilərinə şad xəbər Bunu mütləq bilməlisiniz...
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Şirkətin kontragentinin sonradan riskli vergi ödəyicisi elan edilməsi onunla əvvəlki əməliyyatların avtomatik olaraq əmtəəsiz hesablanması üçün əsas deyil.
"Yeni Sabah" xəbər verir ki, məhkəmə təcrübəsində belə mübahisələr zamanı əsas diqqət əməliyyatın faktiki icrasına, real iqtisadi mahiyyətinə və bunu təsdiqləyən sübutlara yönəldilir.
Əgər əməliyyat aparılan zaman kontragent riskli statusda olmayıbsa, elektron qaimə-faktura təqdim edilibsə, ödəniş bank vasitəsilə həyata keçirilibsə və mal faktiki təhvil verilibsə, həmin şirkətin sonradan riskli vergi ödəyicisi elan edilməsi əvvəlki əməliyyatın öz-özlüyündə əmtəəsiz olduğunu göstərmir. pizza sifarişi
Məsələn, şirkət 2025-ci ilin yanvarında başqa müəssisədən mal alıb, lakin bir neçə ay sonra satıcı riskli vergi ödəyicisi hesab olunub. Bu halda alıcının əməliyyat zamanı mövcud olan faktlar əsasında hərəkət etdiyi nəzərə alınmalıdır.
Mütəxəssislərin yanaşmasına görə, alıcı kontragentin gələcəkdə hansı vergi statusu əldə edəcəyini əvvəlcədən bilməyə bilər. Buna görə də qarşı tərəfin sonradan müəyyən edilən bütün vergi pozuntularının avtomatik şəkildə alıcının üzərinə keçirilməsi əsaslandırılmış yanaşma hesab edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 22 Sentyabr 2026 07:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















