Icma.az
close
up
RU
“VERGİ ORQANI ƏDV ləri VERMƏMƏK ÜÇÜN YENİ FƏND İŞLƏDİR” “Bəlkə ciblərinə qoymaq istəyirlər?”

“VERGİ ORQANI ƏDV ləri VERMƏMƏK ÜÇÜN YENİ FƏND İŞLƏDİR” “Bəlkə ciblərinə qoymaq istəyirlər?”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Dövlət Vergi Xidməti yeni hoqqabazlıq edir. Deyir ki, vətəndaş özünün alış-veriş etmədiyi çek üzrə “ƏDV geri al”-dan yararlana bilməz. Yəni, məsələn, guya mən dostuma çeki verib deyə bilmərəm ki, ƏDV üzrə pulu sən al. Niyə olmaz axı? Hansı qanunda belə məhdudiyyət var? Yoxdur! Sadəcə vergi orqanı ƏDV üzrə ödəniş etməmək üçün yeni fənd işlədir”.

“AzPolitika” bildirir ki, bunu iqtisadçı, bank sahəsi üzrə tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.

Ekspert sual edir: ”Bu bir yana, sual verirəm ki, vergi orqanı axı haradan bilir ki, çek üzrə alış-verişi dostum deyil, mən etmişəm? Deyilənə görə, vergi orqanı şəxsin gəlirinə diqqət edir: gəliri bu qədər ƏDV üzrə xərcindən azdırsa, bu qənaətə gəlir ki, alış-verişi başqa şəxs edib”.

Hüquqşünas vurğulayır ki, əvvəla, bu yanaşma kökündən səhvdir: “Bəlkə şəxsin indi gəliri azdır, amma illərlə pul yığıb, indi də xərcləyir? Və ya bəlkə ona kimsə maddi yardım edib, ola bilməz ki?”

Ə.Həsənov xatırladır ki, hələ 2005-ci ildə məmurların gəlirlərinin bəyan edilməsi haqda qanun qəbul olunub, amma hələ də icra olunmur: “Yəni ölkənin məmurları gəlir bəyannaməsi vermədiyi halda sıravi vətəndaşdan necə tələb etmək olar ki, xərcin üzrə gəlirini təsdiqlə? Vergi orqanı belə prinsipialdırsa, əvvəlcə öz vəzifəli şəxslərindən, habelə digər yüksək vəzifəli məmurlardan başlasın! Maraqlansın görək ki, onlar hansı gəlirləri müqabilində dəbdəbəli evlərdə yaşayır, özləri və ailə üzvləri bahalı avtomobillərə və sair əmlaklara malikdirlər və s. Hətta onların əynindəki paltarların və saatların qiymətini yoxlasalar, illik maaşlarından bahalı çıxar. Mən vergi orqanına bu işdə yardım etməyə hazıram. Elə onun öz rəhbər vəzifəli şəxslərindən başlayaq”.

İqtisadçı sonda vurğulayır ki, bu çek üzrə hər hansı vətəndaş alış-veriş edibsə, ƏDV üzrə ödənişin kim tərəfindən alınmasının nə fərqi var: “Pul onsuz da büdcədən çıxacaq da! Bəlkə ciblərinə qoymaq istəyirlər?”

Rasim Əliyev

“AzPoltika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri