Vergi yoxlamalarından ömürlük toxunulmazlıq aldı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp federal hökumətlə ona və onun biznesinə, eləcə də ailə üzvlərinə qarşı bütün vergi hesabatı yoxlamalarına xitam verən müqavilə bağlayıb.
“Qafqazinfo” “The Wall Street Journal”a istinadən xəbər verir ki, sənədi ölkənin baş prokuror əvəzi Todd Blanş imzalayıb.
Məlumata görə, müddətsiz olan bu müqavilə mayın 18-i qəbul edilmiş başqa bir sənədə əlavədir. Belə ki, həmin sənəd hakimiyyət orqanları tərəfindən qəsdən vergi təqibinə məruz qalmış insanlara kompensasiya ödənilməsi üçün 1,8 milyard dollar həcmində fondun yaradılmasını ehtiva edir. Eyni zamanda, Tramp podratçı tərəfindən vergi bəyannamələrinin sızdırılması ilə bağlı ABŞ Vergi Xidmətinə qarşı iddiasını geri götürüb və digər araşdırmalarla bağlı inzibati şikayətlərinə xitam verib.
Yoxlamaların dayandırılmasının prezidentə və onun ailəsinə ciddi maliyyə üstünlükləri qazandıracağı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 May 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















