İngiltərədən ömürlük viza aldı
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli məşhur müğənni Mustafa Sandal İngiltərədən ömürlük viza alıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya Mədəniyyət Departamentinə bağlı bir qurum olan “Arts Council” Sandala ömürlük “Qlobal sənətçi vizası” verib.
Bu da ilk dəfə bir türk sənətçinin “beynəlxalq sənətçi” statusu alması olub. Şura sənədi Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə göndərib, o da məşhur pop müğənnisi üçün yaşayış icazəsi verib.
Böyük Britaniya Mədəniyyət Departamentinin rəsmi məktubunda həmçinin müğənninin dünya üzrə mükafatları, konsertləri və səkkiz dilə tərcümə edilmiş bəstələrinin 24 ölkədə hit-paradlarda birinci yeri tutması faktı da qeyd olunub.
Baxış sayı:33
Bu xəbər 19 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















