Icma.az
close
up
RU
Vergi yoxlamalarının müvəqqəti dayandırılması turizm sektorunun canlanmasına müsbət təsir göstərib

Vergi yoxlamalarının müvəqqəti dayandırılması turizm sektorunun canlanmasına müsbət təsir göstərib

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ruslan Quliyev: "Eyni zamanda təşviq siyasəti genişləndirilməlidir"
2025-ci ilin sonlarına sayılı günlər qalır. Başa vurmaqda olduğumuz il bir sıra əlamətdar hadisələri, eləcə də uğurları ilə yadda qaldı. Bəs görəsən 2025-ci il turizm sahəsində nə ilə yadda qaldı? Bu il Azərbaycan turizmi üçün nə dərəcədə əhəmiyyətli və uğurlu oldu? Bu və ya digər suallarla Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İB-nin İdarə Heyətinin sədri, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevə müraciət etdik. Newscenter.az-a verdiyi müsahibədə Ruslan Quliyev 2026-cı ildən gözləntilər barədə də danışıb.
-Ruslan bəy, başa vurmaqda olduğumuz 2025-ci il turizm baxımından nə dərəcədə uğurlu və ya uğursuz oldu?
-Ümumilikdə götürdükdə Azərbaycanın bir turizm destinasıyası kimi dünyaya tanıdılması istiqamətində il ərzində görülən işləri uğurlu saya bilərik. Həm ictimai sektor, həm özəl sektor, həm də Dövlət Turizm Agentliyi və Turizm Bürosu sistemli şəkildə ölkə daxilində və xaricdə müxtəlif çərçivələrdə keçirilən sərgilərdə, seminarlarda, konfranslarda iştirak edir, Bu da təbii ki, turizmin tanıdılması, eyni zamanda bu sahə ilə bağlı müxtəlif beynəlxalq səviyyəli tədbirlərin də ölkədə keçirilməsinə böyük bir dəyər qatır. Amma statistikaya baxdığımızda ölkəyə gələn turistlərin sayında artımın olmaması təəssüf doğurur ki, bu da müəyyən səbəblərlə bağlıdır. Ümid edirik ki, gələn il quru sərhədlərinin açılması prosesi başlayacaq. Çünki bu çox önəmlidir. Azərbaycan modern İpek Yolu və klassik İpək Yolu marşrutunda çox uğurla iştirak edir. Sərhədlərin bağlı olması bu axına müəyyən qədər öz təsirini göstərib.
-Ölkənin turizm potensialının gücləndirilməsi, xarici turistlərin Azərbaycana cəlb edilməsi üçün bir turizm mütəxəssisi kimi konkret nələri təklif edərdiniz?
-Biz hər zaman qeyd etmişik və bu gün də belə düşünürük ki, müxtəlif vergi yoxlamalarının müvəqqəti dayandırılması turizm sektorunun canlanmasına öz müsbət təsirini göstərib. Ancaq düşünürük ki, eyni zamanda təşviq siyasəti genişləndirilməlidir. Mikroorta, kiçik sahibkarlıq, bölgələrdə turizmlə bağlı əlavə xidmət sahələrinin yaradılması və dövlətin infrastruktur layihələrdə uğurlu iştirakı əlbəttə ki, yerli sahibkarı motivasiya edir. Eyni zamanda mehmanxana və ona bərabər tutulan obyektlər, müxtəlif ictimai-iaşə müəssisələrinin yaradılması, kadr məsələlərində sistemli təlim proqramlarının tətbiq olunması təklif edilir və bunlar hər zaman realizə olunacaq addımlar kimi qiymətləndirilir.
-Siz öz növbənizdə həm fərd, həm də Assosiasiya olaraq Qarabağ və Şərqi Zəngəzurun turizn potensialının beynəlxalq səviyyədə təbliği istiqamətində hansı addımlar atırsınız və növbəti ildə bu istiqamətdə nələr planlaşdırılıb?
-Assosiasiya olaraq bu il Frankfurt, Moskva, Almatı sağlamlıq turizm sərgilərində iştirak etmişik və ölkəmizin sağlamlıq turizm potensialının təbliğinə geniş yer ayrılıb. Naftalan, Duzdağ və İstisu, eyni zamanda Laçında, Zəngilanda, Kəlbəcərdə açılacaq yeni turizm mərkəzlərinin təbliğatına geniş yer ayrılıb. Bu günlərdə də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə beynəlxalq konfrans və sərgi təşkil olundu, Keçən il anoloji tədbir Şuşada keçirildi. Gələn il də müxtəlif infotor proqramları, seminarlar, eyni zamanda təlimlərin keçirilməsi prosesinə hazırlıq işləri gedir.
-Sizin turizm sektorunda bir istiqamətiniz də sağlamlıq turizmidir. Hazırda bu istiqamətdə vəziyyət necədir, Azərbaycanda sağlamlıq turizmin inkişafı, ona olan daxili və beynəlxalq maraq hansı səviyyədədir və perspektivdə nələr var?

-Düşünürəm ki, dövlət-özəl sektor əməkdaşlığı çox vacibdir. Azərbaycan Sahibkarlar Konfederasiyasının turizm komissiyasında bizim üzvlərimiz tərəfindən beynəlxalq formatda müxtəlif ekspert cəlbi və investisiyaların cəlb olunması ilə bağlı perspektivlər həddindən artıq böyükdür. Bizim təşkilatın üzvlərinin sayı getdikcə artır. Bura istər reabilitasiya mərkəzləri, sanatoriyalar, istərsə də klinikalar daxildir. Həmin müəssisələrə bu sahədə çalışan mütəxəssislərin cəlb olunması çox vacibdir. Məlumat üçün qeyd edim ki, dekabrın 16-da Turizm Peşəkarlar Assosiasiyası ilə Azərbaycan Sağlamlıq Termal Turizm Assosiasiyasının illik dəyərləndirmə adlı görüş konfransı keçiriləcək. Hava Yolları nümayəndəsi, yerli turaperatorlar, mehmanxana və turizm qonaqpərvərlik təlimlərinə aid olan ekspertlərin iştirak ilə dəyərləndirmə həyata keçiriləcək. 2026-cı ildə sağlamlıq turizm müəssisələrinə gələcək insanların sayının artırılmasına nail olmaq qarşımızda duran çox önəmli məsələlərdən biridir.
Süleyman İsmayılbəyli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri