Icma.az
close
up
RU
Vernidub: “Bu gün çox xoşbəxtəm”

Vernidub: “Bu gün çox xoşbəxtəm”

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXXII turunun “Sabah” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Düşünürəm ki, gözəl axşamdır. Qarşımıza qoyulan məqsədə çatdıq.

– Bura gələndə əmin idiniz ki, hədəfə çatacaqsınız?
– İşimizi elə qurmalıydıq ki, sonda istədiyimiz yerdə ola bilək. Bilirdim ki, 4-cü yerdən çox uzağıq, amma anlayırdım, qarşımızda 19 oyun var idi. 2025-ci ilin sonlarında gəldim, iki matçımız olacaqdı. Bu görüşlərdən sonra fasilə oldu və imkan yarandı ki, oyunçularla daha yaxın olaq. Bilirdim ki, qarşımızdakı tapşırıq çətindir, ancaq nail olacağımıza inanırdım. Daha yaxşı oynamaq, çalışmaq lazım idi. Bunları etsəydik, Allah da bizi mükafatlandıracaqdı. Səmimi deyirəm, bu gün çox xoşbəxtəm.

– Komandada əsas nəyi dəyişdiniz ki, bu nəticəni əldə etdiniz?
– Futbolçularla fərdi danışdıq, nizamı bərpa etdik. Oyunçuları kifayət qədər yüklədik. Çünki anlayırdıq ki, biz “Neftçi”yik, bütün matçlarda “bir nömrə” kimi oynamalıyıq. Azından “Sabah”, “Qarabağ” kimi futbol göstərməliydik. Komandada inamı yaratdıq və bunun nəticəsində yolumuza davam etdik. Futbolçuların məşqçilər korpusuna inanması mühüm amil idi. Klubdakı bütün işçilərə təşəkkür edirəm, hər birinin böyük rolu var. Xüsusilə, rəhbərliyə təşəkkür edirəm. Onlar hər zaman yanımızda oldular, dəstək göstərdilər. Bu da çox önəmli oldu. Baxın, bunlar bizim qələbələrimizin təminatçısı idi.

– Bu heyətlə Avropada uğur qazanmaq olar?
– Komandaya gələndə bildirdim ki, mövsümün sonuna kimi heç kimlə vidalaşmayacağıq. Yayda bu haqda qərarlar olacağını dedik. Bəzi oyunçuların müqavilələri bitir. Başa düşürəm ki, Avropada yaxşı mübarizə aparmaq üçün yeni adlara ehtiyac var. İstəməzdim ki, Konfrans Liqasına gedib elə birinci mərhələdə dayanaq. Çempionlar Liqasında, Avropa Liqasında qruplarda iştirak etmişəm. Konfrans Liqasında da bunu etmək istəyirəm. Bütün bunları nəzərə alaraq, uyğun qərarlar verəcəyik. Görəcəyimiz işlər çoxdur. Hədəfə çatmaq üçün böyük əmək sərf etməliyik.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 May 2026 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri