Vernidub: “Əsas məsələ nəticə deyil, amma qələbə xoşdur”
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Serbiyanın “Radniçki Niş” klubu ilə keçirilən yoxlama oyununu şərh edib.
Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis 3:0 hesablı qələbədən sonra komandasının çıxışından razı qaldığını bildirib.
“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq və taktiki gedişlər üzərində işləməkdir. Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda qələbə qazanmaq xoşdur. Futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik.
Həm birinci, həm də ikinci hissədə meydana çıxan futbolçular əllərindən gələni etdilər. Bəzi oyunçuları fərqli mövqelərdə də yoxladıq. Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik.
Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq. Bir-iki günlük istirahətdən sonra Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti həm fiziki, həm də mental cəhətdən yaxşıdır”, - deyə Vernidub bildirib.
Qeyd edək ki, “Neftçi” yoxlama oyununda “Radniçki Niş”i 3:0 hesabı ilə məğlub edib.
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi təyin olunub “Şəfa”dan yeni transfer: FRANSALI FUTBOLÇU BAKIDA Sekidika Cənubi Koreya klubunda - RƏSMİ Duran “Qarabağ”ı tərk etdi - RƏSMİ “Neftçi” növbəti matçını keçirəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 10 İyul 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















