Vəsiqəsi olmadan sərxoş halda avtoş luq edən sürücü ağır qəza törətdi; yaralılar var VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sərxoş vəziyyətdə avtoxuliqanlıq edən sürücü iki nəfərin xəsarət almasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, Türkiyənin Karabük bölgəsində baş verən hadisənin görüntüləri başqa bir avtomobilin kamerasına düşüb.
Məlumata görə, AY. idarə etdiyi 06-FV-9439 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman sağ-sol edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb. Bir müddətdən sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi M.İ.-nin idarə etdiyi 78-ABJ-554 dövlət nömrə nişanlı mikroavtobusa çırpılıb.
Ətrafdakı vətəndaşların çağırışından sonra hadisə yerinə polis və tibb qrupları gəlib. Qəzada xəsarət alan minik avtomobilinin sürücüsü və mikroavtobusda olan sərnişin Ö.K.-yə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Xəsarət alanların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Yoxlamalar zamanı müəyyən edilib ki, qəzaya səbəb olan A.Y.-nin sürücülük vəsiqəsi olmayıb və o, 1,92 promilli sərxoş olub.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 19 May 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















