Vestri nin baş məşqçisi: Güclü rəqibə qarşı yaxşı oyun sərgilədik
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mənim üçün çox çətin oyun oldu".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Vestri" oyunundan sonra İslandiya təmsilçisinin baş məşqçisi Daniel Osafo-Badu deyib.
O bildirib ki, "Qarabağ" çox gözəl oyun göstərdi:
"Ümumilikdə oyunçularımdan razı qaldım. Belə güclü rəqibə qarşı fikrimcə yaxşı oyun sərgilədik. "Qarabağ" çox fantastik oyun göstərdi. Bəziləri təxmin edirdilər ki, "Qarabağ" bizə 10 qol vuracaq. Üç qoldan ikisi bizim səhvimizdən oldu. Fikrimcə, pis oyun sərgiləmədik. Mən qazandığımız bu təcrübədən və oyunçularımın oyuna yanaşmasından məmnunam. Bizim növbəti oyuna qədər vaxtımız var. Topla oyun tərzimizi daha da yaxşılaşdırmalıyıq".
Qeyd edək ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Vestri" (İslandiya) oyunu təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, cavab qarşılaşması İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Valbjarnarvöllur" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə iyulun 17-də, saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 09 İyul 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















