Icma.az
close
up
RU
“Vətən bizim namusumuz...”

“Vətən bizim namusumuz...”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bəxtiyar Vahabzadə – 100

İstiqlal şairinin vətəndaşlıq poeziyası

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü olmuş Xalq şairi Bəxtiyar Vahabzadə bütün əsərləri sevilə-sevilə oxunan böyük söz adamı idi. Onun yaradıcılığına hansı yöndən yanaşsan, bədiiliyi, dərinliyi ilə seçilir və yaddaşlara hakim kəsilir.

Bugünlərdə yubileylə əlaqədar AMEA Humanitar Elmlər Bölməsinin Elmi şurasında Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın təqdimatında “Bəxtiyar Vahabzadənin ictimai-fəlsəfi dünyasına qısa bir baxış” adlı elmi məruzə dinlənilib. “XQ”yə açıqlamasında alim bu barədə məlumat verib.

– Əvvəla qeyd edim ki, Prezident sərəncamı imzalanandan sonra AMEA Rəyasət Heyətinin növbəti iclasında sərəncamın icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub. Akadmiyanın prezidenti, hörmətli akademikimiz İsa Həbibbəyli şairin yubileyinin nəinki ölkəmizdə, bütün Türk dünyasında qeyd olunduğunu, TÜRKSOY-un 2025-ci ili “Bəxtiyar Vahabzadəni Anma İli” elan etdiyini bildirib və müvafiq tapşırıqlarını verib.

Bölməmizin elmi şurasında yubileylə bğlı geniş tədbirlər planı da tasdəqlənib. Buraya “Bəxtiyar Vahabzadənin yaradıcılığında milli kimlik və istiqlal” mövzusunda doktorant və dissertantlar üçün elmi seminar, Ədəbiyyat İnstitutu və şairin Şəkidəki ev-muzeyinin birgə məclisi, Dilçilik İnstitutunda “Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili sevgisi”, Folklor İnstitutunda “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzularında sessiyalar, monoqrafiya nəşri, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının yubiley münasibətilə xüsusi nömrəsinin çapı daxildir.

Sonra bizim institutda “Ədəbiyyatımızın Bəxtiyarı” adlı elmi sessiya keçirilib. Görkəmli sənətkarın 100 illik yubileyi ilə bağlı AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində silsilə tədbirlərin keçiriləcəyi, yeni nəşrlərin hazırlanacağı bildirildi. Milli Məclisin deputatı Cavanşir Feyziyev, filologiya elmləri doktorları Vaqif Yusifli, Elnarə Akimova, Əlizadə Əsgərli və mən məruzələrlə çıxış etdik. Mənim mövzum Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dilinə aid idi.

Şura iclasında təqdim etdiyim məruzə isə şairin elmi-fəlsəfi dünyası mövzusunu əhatə edirdi. Xüsusi vurğuladım ki, hər kəsin görə bilmədiyini görə-görə, hər kəsin yazmağa cəsarət etmədiyini sehirli sözlərə çevirə-çevirə, ən önəmlisi, insan oğlunun könül dünyasındakı fırtınaları, özü-özünü anlaya bilməsi yolunda çəkdiyi iztirabları, daxili dünyasındakı qarşıdurmaları və bu məşəqqətli yollarda, mənəvi saflaşma prosesində qüsurlarının olmasını anlaya-anlaya, nənəsinin danışdığı nağılları, babasının insan əməyinə verdiyi dəyəri xatırlayaraq, dünyanın haradan başlanıb, harada bitdiyini çözə-çözə Bəxtiyar Vahabzadə olub. Toxunduğu mövzu və hadisələri yalnız görüb müşahidə etməklə kifayətlənməyən, zəngin fantaziyası ilə həqiqətləri yazan, yaşadığı hiss və duyğuları səmimi şəkildə ifadə edən həssas bir şair kimi sevilib.

Özündə ozünü sən görə bilsən,
Yəqin bil, ey insan, təmizlənərsən!

Bəxtiyar Vahabzadənin qələmə aldığı poemaların hər biri ayrı-ayrılıqda mükəmməl sənət əsəri olmaqla, qapsadığı məna tutumu, fəlsəfi içəriyi ilə şeirləri qədər diqqətcəkən, cəlbedici və yaddaqalandır. Bilmirsən ki, hansını ilkin olaraq dilə gətirəsən, məziyyətləri barədə söz deyəsən, təəssüratlarını bölüşəsən, hansına daha cox üstünlük verəsən?! “Şəbi-hicran”amı, “Gülüstan”amı, “Latin dili”nəmi, “Atılmışlar”amı, “Muğam”amı, ya “Etiraf”amı? Epik şeirin ustadı olduğunu sözsüz təsdiqləyən “Amerika gözəli”, “Bağışlayın, səhv olub”, “Ləyaqət”, “Leninlə söhbət”, “İki qorxu”, “Qiymət”, “Qəm içində sevinc”, “Vətən mənəm, mən Vətənəm”, “Hər baharın öz qaran-quşu”namı?

Onore de Balzak “Milləti ədəbiyyatı olan çox böyük topluluq” sayırdı. Mehmet Emin Yurdakulsa: “Bırak beni haykırayım, susarsam, sen matem et! Unutma ki, şairleri haykırmayan bir millet sevenleri toprak olmuş öksüz çocuklar gibidir…” – deyirdi. Bəxtiyar Vahabzadə hər iki azman sənətkarın söylədiklərini əsərləri və istiqlal uğrunda savaşı, ardıcıl surətdə apardığı mübarizə ilə təsdiqlədi...

Dramaturq kimi də tanınan sənətkar müasir mövzularda qələmə aldığı “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Cəzasız günah”, “Rəqabət”, “Özümüzü kəsən qılınc” kimi lirik-fəlsəfi-psixoloji pyeslər araya-ərsəyə gətirib. Fəlsəfi dərinliyi, ictimai-siyasi yönü, kəskin publisistikası ilə diqqət çəkən bu əsərlərdə günün aktual problemləri, müasirlərimizin iç dünyası, gündən-günə yenilənən, dəyişən yaşam və insan ilişgilərinə poetik baxış sərgiləyən şair iç-içə yaşadığımız cəmiyyətin, gerçəkliyin hərtərəfli mənzərəsini yaradır, həyatın ən müxtəlif tərəflərinə işıq salır...

İnsan eynən doğulduğu bölgənin, yerin təbiətinə bənzəyir, dağ adamı dağlardan, aran adamı ucsuz-bucaqsız düzənliklərdən, yamyaşıl ormanların saflığından, gözəlliklərindən güc, qüvvət alır. Və bütün bu müşahidələrin, dərketmələrin sonucunda anlayırsan ki, biz Vətənik, Vətən də biz...

Qardaşlıqdır şüarımız,
biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa,
düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir
güneyimiz, quzeyimiz,
Vətən – bizim namusumuz,
biz Vətənik, Vətən də biz.

Böyük şairin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncam onun zəngin yaradıcılığının layiqincə qiymətləndirilməsinin göstəricisidir.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:301
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri