Icma.az
close
up
RU
Vətən müharibəsi iştirakçıları: Çox qürurluyuq

Vətən müharibəsi iştirakçıları: Çox qürurluyuq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 noyabr, AZƏRTAC

Noyabrın 8-də Bakı bir başqa idi. Vətən müharibəsində Qələbənin beşinci ildönümü paytaxtımızın gözəlliyinə xüsusi ahəng qatmışdı. Üçrəngli bayraqlarımız, günəşli hava, xoşbəxt simalar... Küləklər şəhərində Zəfər Gününün coşqusu hiss olunurdu. Neçə gün davam edən küləkli, yağışlı, tutqun havadan sonra ana təbiət də bizə gülümsəyirdi. Günəşin isti nəfəsi, açıq və təmiz səma sanki payızın təbrik mesajı idi.

Xalqımız beş il əvvəlki birliyini bu gün yenə yaşayırdı. Vətəndaşlar bir-birini təbrik edir, müharibə iştirakçılarına, şəhid ailələrinə yaxınlaşaraq onlara səmimi ürək sözlərini ünvanlayırdılar.

Zəfər Günündə Bakı küçələrində qürurla addımlayan Vətən müharibəsi iştirakçılarının simasında isə həm sevinc, həm də hüzn görmək mümkün idi. Qələbənin 5-ci ildönümünə sevinən qəhrəmanlar bir yandan da şəhid döyüş yoldaşlarının yoxluğundan kədərlənirdilər.

AZƏRTAC-ın müxbiri haqq savaşımızın döyüşçülərindən bir neçəsi ilə həmsöhbət olub.

Əslən Laçın rayonundan olan Əfqan Bahadurlu bildirib ki, vaxtilə işğal altında qalan rayonun sakini kimi döyüşdən kənarda qala bilməzdi: "2020-ci ilin iyul ayında Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov şəhid olandan sonra könüllü olaraq döyüşə getmək üçün müraciət etdim. Əvvəllər yəni 2015-2018-ci ildə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrində xidmət də etdiyimdən təcrübəmi nəzərə alıb məni tağım komandirinin müavini vəzifəsinə təyin etdilər. Tabeliyimdə 59 nəfərlik heyət var idi. Oktyabrın əvvəllərində Qubadlının Muradxanlı kəndindən savaşa başladım. Sonrakı döyüş tapşırığını Laçının kəndlərində icra etdik. Laçına daxil olmaq bir ayrı hiss idi. Heç vaxt üzünü görmədiyim ata-baba yurduma daxil olmuşdum. Oranın torpağını ovcuma götürüb qoxuladım. Çox gözəl bir hiss idi. Onu sözlərlə ifadə etmək mümkün deyildi.

Laçın dəhlizi istiqamətində irəliləyəndə ermənilər təslim olduğu, ordumuzun qələbə qazandığı xəbərini aldıq. O an sevinc və kədər göz yaşları bir-birinə qarışmışdı.

Biz Vətən müharibəsində əldə edilən Zəfər sayəsində 30 il həsrətdə olduğumuz torpaqlara qovuşmuşuq. Müharibə dövründə xalqımız bizə çox dəstək oldu. Yadımdadır, biz Füzuli istiqamətindən keçəndə bir yaşlı qadın dizlərini yerə atıb səcdəyə getmişdi.

Kiçikdən-böyüyə hər kəs bizimlə bir döyüşdü. Yenə də hər hansı bir təxribat, ya kəm baxış olarsa, son damla qanımıza kimi hazırıq.

Onu da qeyd edim ki, babam İkinci Dünya müharibəsi veteranı, atam Birinci Qarabağ müharibəsi veteranıdır. Mən İkinci Qarabağ müharibəsi veteranı, balaca qardaşım antiterror əməliyyatlarının iştirakçısıdır. Biz döyüşçü ailəsiyik. Hərəmiz fərqli vaxtlarda müxtəlif missiyaları yerinə yetirmişik.

Zəfər Günündə çox böyük emosiyalar yaşadım. Hətta bəzən kədərləndim. Çünki itirdiyim döyüş yoldaşlarımın, silahdaşlarının xatirələri gözlərimdə canlanır. Ümumilikdə isə çox qürurluyuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza və ordumuzun mənsublarına cansağlığı arzulayıram"

Azərbaycan Ordusunda 2006-cı ildən 2020-ci ilə qədər xidmət etmiş Zaur Bağırov deyib: "Əvvəllər sülhməramlı qüvvələrin tərkibində olsam da sonradan Quru Qoşunlarında xidmətimi davam etdirdim. Şəhid general-mayor Polad Həşimovla birlikdə xidmət edirdim. 2020-ci ildə ordu sıralarından ehtiyata buraxılsam da generalımızın şəhadətindən sonra adımı döyüşə gedənlər siyahısına yazdırdım. Bu, həm də mənim Polad Həşimova olan vəfa borcum idi. Vətən müharibəsində Füzulidən Şuşaya qədər aparılan hərbi əməliyyatlarda iştirak etdim. Füzuli rayonunda əlimdən yaralandım, lakin bu, mənim döyüşləri davam etdirməyimə maneə olmadı.

Onu da qeyd edim ki ulu babam Abidi Kalbiyev Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tərkibində Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edilməsi əməliyyatına iştirak edib. Həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Noyabrın 8-də keçirilən hərbi parad bir daha bütün dünyaya göstərdi ki, ordumuz güclü və istənilən döyüş tapşırığını qısa müddətdə uğurla yerinə yetirməyə qadirdir. Hərbi parad və təqdim olunan yeniliklər də Qələbə sevincimizi ikiqat artırdı. Silahlı Qüvvələrimizlə qürur duyur və onun bir mənsubu olmaqdan fəxr hissi keçiririk".

Vətən müharibəsində könüllü iştirak edən Orxan Mustafazadə Ağdərənin Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətlərində, o cümlədən Kəlbəcərin bəzi nöqtələrində aparılan hərbi əməliyyatlara qoşulub.

"Biz 44 gün ərzində hər şeyi gözə alaraq, qürurla, qorxu hiss etmədən irəli atıldıq. Hər birimiz anlayırdıq ki, gəlişimiz kimi geri dönüşümüz olmaya bilər. Əsas məqsədimizə nail olmağı düşünürdük. Çox şükür ki, buna nail olduq. Vətən müharibəsindən 5 il keçsə də o epizodları unutmaq olmaz. Çünki döyüşlərin hər anında bir şəhidin, bir qəhrəmanın silinməz izləri var. Ehtiyac olarsa, yenidən silaha sarılmağa hazıram. Hərbi parada tamaşa edəndə beş il əvvəlki anları xatırladım. Düşünürəm ki, şəhid qardaşlarımızın ruhu da bizimlədi. Belə bir ordu ancaq insanı qürurlandıra bilər".

Təhsilini yarımçıq qoyub döyüşlərə qatılan Nəcməddin Nəzərovun isə döyüş yolu Ağdam istiqamətindən keçib: "Ordumuzun gücünü, silahdaşlarımın əzmini, xalqımızın dəstəyini görəndə anladım ki, biz bu savaşdan üzüağ ayrılacağıq. 44 gün ərzində bizə yuxu kimi gələn xəyallarımızı reallaşdırdıq. Hər şeyin fərqinə Şuşaya bayrağımızın sancılmasından sonra vardıq. Şuşa zəfərindən sonra ermənilər məğlubiyyətlərini qəbul etməməyə cəhd etsələr də noyabrın 9-dan 10-na keçən gecə ağ bayraq qaldırmağa məcbur oldular. Bu, bizim ordumuzun hərbi qulluqçularının cəsarəti və peşəkarlığı nəticəsində mümkün oldu. Hər kəsin üzündə sevinc yaradan Zəfərdə pay sahibi olmaq çox möhtəşəm hissdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Noyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri