Icma.az
close
up
RU
“Vətən Müharibəsi Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

“Vətən Müharibəsi Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri hər zaman şəhidlərin qanı, igidlərin mərdliyi ilə yazılıb. Amma bu qəhrəmanların adını tarixə həkk edən təkcə onların göstərdiyi şücaət deyil, həm də dövlətin həmin şəxslərə verdiyi ali qiymətdir. Bu baxımdan “Azərbaycanın Milli Qəhrəmanı” “Vətən Müharibəsi Qəhrəmanı” adları həm mənəvi, həm tarixi, həm də ideoloji baxımdan xüsusi məna daşıyır.
Azərbaycan xalqının bu günlərdə qeyd etdiyi Zəfər bayramının 5-ci ildönümündə “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını daşıyan igidlər də gündəmdədir.
Bu adların hər ikisi eyni ruhun – vətən sevgisinin, fədakarlığın və qeyrətin ifadəsidir. Onlara  layiq görülən qəhrəmanların məqsədi eyni idi: Azərbaycanın bütövlüyü və şərəfini qorumaq.
“Azərbaycanın Milli Qəhrəmanı” adı 25 mart 1992-ci il-ci ildə təsis olunub.
“Vətən Müharibəsi Qəhrəmanı” adı isə 20 noyabr 2020-ci il tarixində təsis olunub.
Bəs bu adlardan hansı daha yüksək fərqlənmə dərəcəsidir?

Modern.az
saytı sosial şəbələrdə və cəmiyyətdəki müzakirələri nəzərə alaraq, yuxarıdakı suala aydınlıq gətirməyə çalışıb.

“Vətən Müharibəsi Qəhrəmanı” adı İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilib. Bu fəxri ad Azərbaycanın ən ali fərqlənmə dərəcəsidir.
“Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” medalıdır.
“Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

"Vətən Müharibəsi Qəhrəmanı" adına azı 83 nəfər layiq görülüb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə sağdır.
“Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə Prezident təqaüdü verilir.  Həmin təqaüdün məbləği 2200 manatdır.
“Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ikinci yüksək fərqlənmə dərəcəsidir. Bu fəxri ad Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
“Azərbaycanın Milli Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı səkkizguşəli “Qızıl Ulduz” medalıdır.
“Azərbaycanın Milli Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.
Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

Hazırda Azərbaycanın Milli Qəhrəmanlarının sayı 224 nəfərdir. Onlardan 15 nəfəri sağdır, qalanlar ya şəhdi olublar, ya da sonradan vəfat ediblər.
“Azərbaycanın Milli Qəhrəmanı” adı almış şəxslərə də Prezident təqaüdü verilir. Həmin təqaüdün məbləği 2000 manatdır.
Beləliklə, qanunvericiliyə görə, “Vətən Müharibəsi Qəhrəmanı” adı “Azərbaycanın Milli Qəhrəmanı” adından bir pillə yüksəkdir.
“Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
Ondan aşağı “Azərbaycanın Milli Qəhrəmanı”nın “Qızıl Ulduz”u taxılır.
“Qızıl Ulduz”dan aşağıda "Vətən uğrunda" medalı taxılır.
Qəhrəmanlıq anlayışı zamana sığmır. O, nə bir titul, nə də bir medal ilə ölçülür. Amma bu adlar – “Milli Qəhrəman” və “Vətən Müharibəsi Qəhrəmanı” – xalqın yaddaşını, milli qürurunu və gələcək nəsillərə ötürülən dəyərləri yaşadır.  
Bu iki titul arasında bir tarixi ardıcıllıq da var. “Milli Qəhrəman”lar müstəqil Azərbaycan ordusunun mənəvi təməlini qoydular, “Vətən Müharibəsi Qəhrəmanları” isə həmin ordunun gücünü dünyaya göstərdilər.
Beləcə, biri başlanğıcın, digəri zəfərin simvoluna çevrildi.


Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri