Icma.az
close
up
RU
Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür FOTO

Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür FOTO

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Şəhid-mayor Amid Heydərovun doğum günüdür.

Modern.az xəbər verir ki, şəhid Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində iştirak edib, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlığına görə, prezident İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Həmçinin, şəhidimiz Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda göstərdiyi şəxsi igidliyi və şücaətinə görə "Cəbrayılın azad olunmasına görə" medalına da layiq görülüb.

Qeyd edək ki, Amid Heydərov "Aprel döyüşləri"ndə Lələtəpəyə çıxan ilk tankçı olub və 2016-cı ildə Lələtəpənin alınmasında göstərdiyi şücaətə görə vaxtından əvvəl kapitan rütbəsinə layiq görülüb. Ona "Aprel döyüşləri"nin qəhrəmanı da deyirdilər. 44 günlük Vətən Müharibəsində Amid, həqiqətən də qəhrəmana oldu.

32 yaşında hərbi hissə komandiri olan Amid Heydərov, Vətən Müharibəsində də hücum əmri veriləndə tankı ilə birgə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçülərimizdən biri olur. Elə ilk gündən cəbhənin ən ağır hissəsində - Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə başlayır. Amidin komandiri olduğu tank düşmənin uzun illərdə qurduğu istehkamlarından açılan atəş nöqtələrini susduraraq taborun arxadan gələn tanklarına yol açırdı. Cəbrayılın Nüzugar kəndi uğurunda gedən döyüşlərdə taborun iki tankı vurulur və bu, komandir Amidi daha da qəzəbləndirir. Yoldaşlarına söz verir ki, onun tanklarını vuran mövqeləri nəyin bahasına olursa vuracaq. Düşmənin müdafiə xəttini yararaq xeyli irəli gedən Amid, arsinalında olan 40 mərmini düşmənin üzərinə yağdırır. Sursatı qutardığı üçün geri qayıtmaq əmri verir, lakin düşmən onu hədəfə alır və 3 dəfə zirehdələn mərmi ilə tankı vururlar. Bundan sonra mayor Amid Heydərovun tankı alovlanır və bütün heyyət sentyabrın 28 də Vətən yolunda qəhrəmancasına şəhid olur.

Amid Vətən müharibəsində də tankın üzərinə “Şuşa son mənzilimiz” yazısını yazmışdı. Çox təəssüf ki, özü ora çata bilmədi, qəhrəmancasına şəhid oldu. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Şəhid Amin Heydərov ailəli idi. 2 övladı yadigar qalıb.

Ruhun şad olsun, cənab mayor!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri