Icma.az
close
up
RU
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”nun yeni tərcümələrinin təqdimatı olub

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”nun yeni tərcümələrinin təqdimatı olub

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 30-da Azərbaycan Dillər Universitetində (ADU) “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız və urdu dillərində tərcümələrinin təqdimatı keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, tədbirin önəmindən danışıb. Qeyd olunub ki, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” adlı kitabın fransız və urdu dillərinə tərcüməsi mühüm əhəmiyyətə malikdir:

“Bu gün biz çox faydalı və son dərəcə ciddi bir kitabın tərcüməsinin təqdimatına toplaşmışıq. “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı Zəfər təntənəsinin, onun əsas ilhamverici qüvvəsinin əks olunduğu möhtəşəm bir kitabdır. Bu kitabı çapa Bakı Şəhər İcra Hakimiyyəti hazırlayıb. Buna görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və əməyi keçən bütün insanlara təşəkkürümü bildirirəm.

Kitabın fransız və urdu dillərinə tərcümə olunması böyük məna daşıyır. Bildiyiniz kimi bundan əvvəl də bir neçə dilə tərcümə olunan kitabın əks-sədası artıq dünyanın bir sıra ölkələrindən eşidilməkdədir. Nəhayət ki, biz öz həqiqətlərimizi dünyanın hər yerinə çatdıra bilirik. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycan həqiqətlərini bütün dünya qəbul edir”.

Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı haqqında məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə dövlətimizin başçısı İlham Əliyevin müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub.

Kitabın əsas xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi tarixini tamamilə yeni bir rakursdan, şəxsiyyət amili baxımından nəzərdən keçirilməsindən ibarətdir.

Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə Sadıxova çıxışında “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının perspektivləri haqqında danışıb. 

O, bildirib ki, Vətən müharibəsinin bitməsinə baxmayaraq, Azərbaycana qarşı ideoloji və informasiya müharibəsi hələ də başa çatmayıb. Kitabın fransız dilində nəşr olunması böyük strateji əhəmiyyətə malikdir.

ADU-nun Pakistan dili və mədəniyyət mərkəzinin rəhbəri Athar Mahmood Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin nəticələrindən söz açıb. Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Kəmalə Kərimova “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının vacibliyini diqqətə çatdırıb.

Bildirilib ki, kitabda Prezident İlham Əliyevin 44 günlük müharibə ilə bağlı mülahizələri fransız dilində oxuculara təqdim edilib.

Daha sonra ADU-nun magist və bakalavr tələbələri: İngilis və fransız dilləri fakültəsinin 228 a qrup tələbəsi Səyyarə Məlikova, Xədicə Alışova, 228 c qrup tələbəsi Nərmin Yusifzadə, Rüqəyya Həmzəyeva, Heyran Yəhyayeva, Nilufər Məlikzadə, Magistratura şöbəsinin dilşünaslıq ixtisası, 209-cu qrup tələbəsi Mədinə Yusifova və 330 a qrup tələbəsi Xanım Hüseynova video-slayd şəklində “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının bölmələrinin qısa izahını  veriblər.


 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 01 May 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri