Icma.az
close
up
RU
Vətən müharibəsində Azərbaycan bayrağı tikən pakistanlı: Mən bu xalqın sevincini, kədərini özümünkü bilirəm FOTO AZƏRTAC

Vətən müharibəsində Azərbaycan bayrağı tikən pakistanlı: Mən bu xalqın sevincini, kədərini özümünkü bilirəm FOTO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astara, 25 noyabr, İlkin Adıyev, AZƏRTAC

44 günlük Vətən müharibəsi. Həmin günlərdə hər bir insan öz peşəsi və bacarığı ilə ordumuza kömək etmək, dəstək olmaq üçün bütün gücünü səfərbər etdi. Bu qəhrəmanlıq dastanında dərzilər də özünəməxsus yer tutdular. Gecə-gündüz yorulmadan çalışan bu fədakar insanlar Azərbaycan bayraqlarını tikməklə milli ruhun yüksəldilməsinə və döyüşçülərin mənəvi dəstəyinə böyük töhfə verdilər.

AZƏRTAC-ın bölgə müxbiri həmin dərzilərdən biri - Pakistandan olan 42 yaşlı Asim Əli ilə görüşüb.

O, Pakistanın Lahor şəhərində anadan olub. Lahor tarixi abidələri, mədəni irsi və dinamik həyatı ilə həmsöhbətimizin uşaqlıq illərində dərin iz buraxıb. Deyir ki, atası da dərzilik edib, İtaliya və İspaniya şirkətləri tərəfindən istehsal edilən skuterlərin oturacaqlarına üzlük tikib və bu sahədə peşəkar usta olub.

Orta məktəbdə yaxşı təhsil alan Asim gələcəkdə həkim olmaq istəsə də, həyat onun planlarını dəyişib. Atası vaxtsız vəfat etdiyinə görə, ailəsini dolandırmaq məcburiyyəti ilə üz-üzə qalıb. Ona görə də, atasının peşəsini davam etdirməyə məcbur olub.

O, atasından miras qalan dərzilik sənətini öyrənərək, bu sahədə işləyib. İstedadı, zəhmətsevərliyi və diqqəti sayəsində qısa müddətdə Lahorda tanınmış dərziyə çevrilib. Əvvəlcə işə skuter oturacaqlarına üzlük tikməklə başlasa da, sonradan müxtəlif dərzilik sifarişləri də alıb və məşhurlaşıb.

Asim Əli Azərbaycana ilk dəfə 2005-ci ildə dostlarının dəvəti ilə səfər edib. Ölkəmizin təbiətinin gözəlliyi, zəngin mədəniyyəti və ən əsası, insanların mehribanlığı və qonaqpərvərliyi onu heyran edib. Azərbaycanda keçirdiyi vaxt ərzində insanların səmimiliyi və isti münasibəti Asimdə bu diyarda daha uzun müddət yaşamaq arzusu yaradıb və burada öz peşəsi ilə məşğul olmağa başlayıb.

“Azərbaycana ilk dəfə 2005-ci ildə gəldim. Əvvəlcə bura qonaq kimi gəlmişdim, amma buradakı insanlar, onların mehribanlığı və qonaqpərvərliyi məni valeh etdi. İnsanların necə səmimi olduğunu gördükdə, özümü yad yerdə deyil, elə öz evimdə hiss edirdim. Pakistanla Azərbaycan arasında ruhən bir yaxınlıq var, bunu həmişə hiss etmişəm. Elə o vaxt qərara aldım ki, burada bir müddət yaşamalıyam”, - deyə həmsöhbətim söyləyir.

Onun sözlərinə görə, hələ Pakistanda yaşayanda Azərbaycan haqqında məlumatlı olub. deyir ki, məktəbdə oxuyanda dərs kitablarında, test suallarında Hacı Zeynalabdin Tağıyev haqqında tez-tez məlumatlara rast gəlirdi. Hacı Zeynalabdin Tağıyevin necə böyük xeyriyyəçi olduğunu, insanlara yardım etdiyini, maarifçiliyə böyük dəstək verdiyini oxumaq onda Azərbaycan haqqında xoş təəssürat yaradırdı: “Belə bir xalqın insanları ilə tanış olmaq, onların arasında yaşamaq mənim üçün böyük şərəfdir”, - deyən Asim Əli bildirir ki, 2008-ci ildə həyatı tamamilə dəyişib. Belə ki, o, Astara rayonundan olan bir xanımla tanış olub: “Onun mehribanlığı, anlayışı və sevgi dolu münasibəti məni bura daha çox bağladı. Qısa müddət sonra ailə həyatı qurduq və mən Azərbaycanı öz Vətənim kimi sevməyə başladım. Burada yaşadığım illər ərzində bu torpağın insanlarına, təbiətinə və mədəniyyətinə olan sevgim daha da artdı. Düzdür, bura mənim doğulduğum yer deyil, amma bu torpaq mənə doğma oldu. Mənim üçün Azərbaycan təkcə yaşadığım yer deyil, həm də ürəyimin bir parçasıdır. Bu sevgini heç nə dəyişə bilməz”.

Asim Əli deyir ki, 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq hərbi komissarlığa gedib, müharibəyə yollanmaq istəyib. Amma alınmayıb. Bu, onu məyus etsə də, boş dayanmayıb, əsgərlərə necə dəstək ola biləcəyi barədə düşünüb və şəxsi işlərini, sifarişlərini dayandırıb bayraq tikməyə başlayıb: “Özüm cəbhəyə gedə bilməsəm də, torpaqların azad olunmasına kiçik də olsa bir töhfə vermək istəyirdim. Dost-tanışlar mənə yaxınlaşıb dedilər ki, "Asim, bayraq tikə bilərsən?". Mən heç düşünmədən "Bəli, tikərəm!" dedim. Çünki bayraq bir xalqın qürurunun, mübarizəsinin, sevgisinin və azadlığının rəmzidir. Beləcə bayraq tikməyə başladım. Pul təklif edənlər oldu, amma dedim ki, bayraq üçün pul almaq olmaz, çünki onun dəyəri pulla ölçülmür. Gün ərzində 30-40 bayraq tikirdim. Tikdiyim hər bir bayrağa öz hisslərimi də qatırdım – sevgi, dua və ümid. Bayraqları uşaqlara, ətrafdakı insanlara verirdim. Hər dəfə bir rayon azad olunanda o qədər sevinirdim ki, dualar edirdim: "Allahım, qoy bu bayraqlar həmin torpaqlarda dalğalansın!".

Bu iş onun üçün üçün sadəcə bir sənət deyil, həm də Vətəni saydığı Azərbaycana sevgisini göstərməyin bir yolu idi. “İndi də o günləri xatırlayanda kövrəlirəm. O bayraqların mənim həyatımda nə qədər böyük iz qoyduğunu, bu xalqın sevincinə kiçik də olsa töhfə verdiyimi heç vaxt unutmayacağam”, - deyir Asim Əli. Hazırda Pakistan vətəndaşı olan həmsöhbətim Azərbaycan vətəndaşlığı almaq üçün dövlət qurumlarına müraciət etdiyini də diqqətə çatdırır.

İki oğul və bir qız atası olan Asim Əli oğlanlarının ordumuzun gələcək zabitləri, hərbçi olacaqlarını bildirir: “Hər bir valideyn kimi mən də uşaqlarım üçün ən yaxşı gələcəyi arzulayıram, amma onların yalnız yaxşı insan deyil, həm də bu torpağa, bu xalqa faydalı insanlar olmasını istəyirəm. Xüsusilə oğlanlarımla bağlı böyük arzularım var. Onlar böyüyüb ordumuzun gələcək zabitləri, cəsur hərbçiləri olacaqlar. Mən bu ölkədə yaşayıram, bu xalqın sevincini, kədərini özümünkü bilirəm. Ona görə də istəyirəm ki, övladlarım da bu torpağa xidmət etsin, Vətənimizin müdafiəsində dayansınlar. Oğlanlarımın hərbi formanı geyinib Azərbaycan bayrağını qürurla dalğalandıracağı günü gözləyirəm. Bu, mənim həyatımda ən böyük arzudur!”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri