Icma.az
close
up
RU
Vətən müharibəsinin 33 cü günü Düşmən xeyli sayda itki verir

Vətən müharibəsinin 33 cü günü Düşmən xeyli sayda itki verir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci il oktyabrın 29-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz üçüncü günü.

Oxu.Az xatırladır ki, gecə ərzində döyüş əməliyyatları, əsasən, cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edir.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, iki ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və altı ədəd avtomobil texnikası məhv edilir. Döyüş meydanında məhv olan bölmələrinə dəstək üçün gələn düşmənə məxsus iki ədəd "Su-25" hücum təyyarəsi Hava Hücumunda Müdafiə Bölmələrimiz tərəfindən məhv edilir. Düşmənin bir neçə istiqamətdə hücum cəhdi qətiyyətlə alınır. Həmçinin, görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Qazaryan məhv edilir. Bundan əlavə, 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanırlar, 5-ci dağ-atıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşür.

Lakin düşmən mənfur xislətinə sadiq qalaraq, səhər saatlarından axşama qədər Goranboy və Göygöl rayonlarının ərazisini yenidən atəşə tutur. Goranboy rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması zamanı rayonun Tap Qaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Flora Qaraş qızı Ziyadova həlak olur, yaşayış evinə isə ciddi ziyan dəyir. Həmçinin, Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Bərdəyə səfəri zamanı şəhər növbəti terror hücumuna məruz qalır.

Buna rəğmən, Azərbaycan Ermənistandan fərqli olaraq, yenə də humanist mövqeyini nümayiş etdirir, Qazax-Tovuz istiqamətində humanitar koridor açaraq 30-a yaxın hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verir.

Elə həmin gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman" imzalayır. Fərmana əsasən, bu ərazilərdə yerləşən hər bir bölgə üçün müvəqqəti komendant təyin edilir.

Vətən müharibəsinin 33-cü günü - Düşmən xeyli sayda itki verir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Oktyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri