Icma.az
close
up
RU
Vətən müharibəsinin doqquzuncu günü Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir

Vətən müharibəsinin doqquzuncu günü Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci il oktyabrın beşi - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin doqquzuncu günü.

Oxu.Az xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən yenə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Belə ki, səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab, Ağcabədi rayonlarının yaşayış məntəqələrini atəşə tutur. Hərbi əməliyyatların aparıldığı zonadan xeyli uzaqda yerləşən Gəncənin ikinci dəfə hədəf seçilməsi Ermənistanın faşist mahiyyətini növbəti dəfə ortaya qoyur. Ermənistan ərazisindən Gəncəyə raket atılması nəticəsində üç dinc sakin həyatını itirir. Mülki infrastruktura külli miqdarda ziyan dəyir.

Ermənistan silahlı qüvvələrinin dinc əhalinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşən raket mərmisinin qəlpələrindən Şəhriyar İsa qızı Mehdiyeva dünyasını dəyişir, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir.

Həmçinin, erməni silahlı qüvvələrinin Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Eyvaz Musa oğlu Rəhimov həlak olur, rayonun Üçoğlan kənd sakini, 1971-ci il təvəllüdlü Mehman Ağalar oğlu Səfərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir.

Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakini, 1955-ci il təvəllüdlü Raziyə Bayraməli qızı Abbasova həlak olur, eyni zamanda, top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri - 1958-ci il təvəllüdlü Məşdi İbrahim oğlu Həsənov, sonuncunun qızı, 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi, 2011-ci il təvəllüdlü Elcan Elgün oğlu Həsənov, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Rasim Nadir oğlu Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilirlər.

Eyni zamanda, Beyləqan şəhərinə atılan iki ədəd raket mərmisindən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşür.

Günorta saatlarında isə Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini və Beyləqan şəhərini yenidən atəşə tutur. Bu, Ermənistanın terroru dövlət səviyyəsində dəstəklədiyini bir daha göstərir.

Bununla yanaşı, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alır.

Müharibəni dinc əhaliyə və yaşayış məntəqələrinə zərər vurmadan aparan Azərbaycan Ordusu isə bu təxribatların cavabını yenə də döyüş meydanında verir. Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha üç ədəd tankı, həmçinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının iki ədəd, 41-ci artilleriya alayının iki ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilir.

Azərbaycan Ordusu isə hər şeyə rəğmən, tarix yazmağa davam edir. Prezident İlham Əliyev özünün "X" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi işğaldan tam azad etdiyini açıqlayır.

Təbii ki, müharibənin doqquzuncu günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Oktyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri