Icma.az
close
up
RU
Vətən qarşısında məsuliyyət

Vətən qarşısında məsuliyyət

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aysunay Həsənova

Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin sədri
 

27 Sentyabr Vətən müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi gündür. Bu tarix xalqımızın həm ağrısını, həm də Zəfər qürurunu özündə birləşdirir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi nəticəyə nail oldu.

Bu tarixin ən ağır səhifələri isə şəhidlərimizin adı ilə yazıldı. Onlar Vətənin ən çətin günündə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban verdilər. Şəhidlərimizin hər birinin həyat və döyüş yolu xalqımızın yaddaşının bir hissəsidir. Onların fədakarlığına ehtiram yalnız xatırlamaqla deyil, uğrunda həyatlarını fəda etdikləri dəyərlərə sahib çıxmaqla ifadə olunmalıdır.

Anım Günü şəhidlərimizi yad etməklə yanaşı, onların bizə qoyduğu məsuliyyət barədə düşünmək üçün də bir fürsətdir. Şəhidlərimizin uğrunda həyatlarını fəda etdikləri müstəqil və bütöv Azərbaycanı qorumaq, ölkənin inkişafına töhfə vermək, dövlətçiliyə və qanunlara hörmətlə yanaşmaq hər bir vətəndaşın məsuliyyətidir.

Şəhidlərin xatirəsinə ehtiram onların məzarlarını ziyarət etməklə məhdudlaşmır. Əsl ehtiram Vətənə məsuliyyətli münasibətdə, cəmiyyətə faydalı olmaqda və Azərbaycanın gələcəyinə sahib çıxmaqda özünü göstərir. Şəhidlərimizin həyat və döyüş yolunun gənc nəslə çatdırılması da bu ehtiramın mühüm istiqamətlərindən biridir. Gənclərin milli tariximizi, dövlətçilik ənənələrimizi və şəhidlərimizin keçdiyi yolu bilməsi onların ölkə qarşısında məsuliyyət hissinin formalaşmasına xidmət edir.

Vətənpərvərlik yalnız emosional çağırışlardan ibarət deyil. O, bilik, məsuliyyət, zəhmət, qanunlara hörmət və cəmiyyət qarşısında vətəndaşlıq mövqeyidir. Bu baxımdan gənclər arasında maarifləndirici tədbirlərin keçirilməsi, şəhid ailələri və müharibə veteranları ilə görüşlərin təşkili, tariximizin öyrənilməsinə yönəlmiş layihələrin davam etdirilməsi vacibdir.

Şəhid ailələrinə göstərilən diqqət və qayğı da bu məsuliyyətin mühüm istiqamətlərindən biridir. Şəhidlərin valideynləri, həyat yoldaşları, övladları və digər yaxınları daim diqqət və ehtiramla əhatə olunmalıdır. Onların problemlərinə həssas yanaşmaq, şəhid övladlarının təhsilinə və gələcəyinə xüsusi diqqət göstərmək dövlətin və cəmiyyətin qarşısında duran mənəvi vəzifələrdəndir.

Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi gələcəyə doğru addımlayır. Bu nəticənin əldə olunmasında şəhidlərimizin fədakarlığı, qazilərimizin keçdiyi ağır yol, hərbçilərimizin xidməti və xalqımızın həmrəyliyi mühüm rol oynayıb.

Əldə etdiyimiz bu nəticələr bizə tariximizi unutmamaq, ondan məsuliyyətlə nəticə çıxarmaq və gələcəyə daha böyük məsuliyyətlə yanaşmaq vəzifəsi qoyur.

Tarixi yaddaş yalnız keçmişi xatırlamaq deyil. O, gələcəyin necə qurulacağına təsir edən mühüm amildir. Şəhidlərimizin həyat və döyüş yolunu öyrənmək, onların xatirəsini yaşatmaq və bu yaddaşı gələcək nəsillərə ötürmək bizim vətəndaşlıq borcumuzdur.

27 Sentyabr - Anım Günündə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir və ehtiram arzulayırıq.

Vətən uğrunda canından keçənlərin xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Sentyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see262

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see242

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see241

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see237

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see236

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see233

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see231

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see231

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see215

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see210

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see206

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see197

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see197

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see197

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see196

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see196

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see193

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see190

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see189

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri