Icma.az
close
up
RU
“Vətən səsi”nin əməkdaşı Şanlı Zəfərimizlə bağlı bədii qiraət müsabiqəsində təltif edildi

“Vətən səsi”nin əməkdaşı Şanlı Zəfərimizlə bağlı bədii qiraət müsabiqəsində təltif edildi

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 4, 5 noyabr 2024-cü il tarixlərində 44 günlük Vətən müharibəsində qələbəmizin 4-cü ildönümünə həsr olunmuş «ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ» bədii qiraət müsabiqəsi keçirilib.

Kulis.az xəbər verir ki, Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən müsabiqənin 1-ci günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Dövlət Universitetini təmsil edən iştirakçılar çıxışlarını təqdim etdilər.

Münsiflər heyətinin üzvləri – Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, Əməkdar İncəsənət xadimi Hafiz Quliyev və mədəniyyətşünas Aidə Qafarova Şanlı Zəfər tariximizə həsr olunmuş nümunələri canlı şəkildə dinləyərək yekun qərar verdilər.

Münsiflər heyətinin qərarına görə “ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ” adlı bədii qiraət müsabiqəsinin nəticələri aşağıdakı kimi müəyyən edilib:

Məhsəti Tahirzadə, Yaroslav Trifonov, Rəşad Səfərov, Günel Həmidova, Nəsimi Məmmədzadə, Banu Muharrem, Mirxədicə Mirzəyeva, Ramella Rzayeva, Məhəmməd Hacıyev, Elvin Nuri, Gülgəz Soltanova, Məlahət Vəliyeva, Elmir Hümbətov, Kənan Hüseynov uğurlu iştiraka görə;

Nəzrin Abdullayeva, Ruslan Pavlov, Dilarə Nəzərova, Zakir Fətəliyev, Şölə Alışova, Səbinə Məmmədzadə, Kamil Nazim (müstəqil iştirakçı), Şəhla Məmmədova, Aysu İsmayılova, Safura Heydərova (müstəqil iştirakçı), Hakim Cəfərli, Elməddin Zakirli, Saleh Cümşüdlü, Əliulla Vəliyev, Fatimə İsayeva müsabiqədə iştiraka görə diplomla təltif olundular.

Qeyd edək ki, müsabiqədə “Vətən səsi”nin əməkdaşı Mina Rəşid də müstəqil iştirakçı kimi “Zəfər günün mübarək” adlı müəllifi olduğu şeirlə qatılaraq uğurlu iştiraka görə diplom və pul mükaftı ilə təltif edilib.

Noyabrın 5-də müsabiqə iştirakçılarına diplomlar təqdim olunub.

İttifaqın Sədri Hacı İsmayılov iştirakçıları salamladıqdan sonra tədbir iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Çıxış edənlər – Hacı İsmayılov, Azad Şükürov, İlham Namiq Kamal, Hafiz Quliyev 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizdən, keçirilən müsabiqənin əhəmiyyətindən danışdılar. Diplomların təqdimatından sonra iştirakçılarla xatirə şəkilləri çəkildi.

Şuşa Teleradio Yayım Stansiyası haqqında film çəkilir Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi Məşhur rejissorun aktrisa qızı həbs edildi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri