Icma.az
close
up
RU
Vətən sevgisi ilə çıxdığı yolu şəhadət zirvəsi ilə tamamlayan kursant

Vətən sevgisi ilə çıxdığı yolu şəhadət zirvəsi ilə tamamlayan kursant

Icma.az, Azertag saytına istinadən bildirir.

Şəhidin anası: Qürur və kədəri eyni anda yaşayıram

Bakı, 28 oktyabr, AZƏRTAC

Namaz Heydər Əliyev adına Hərbi İnstitutu bitirəndən sonra zabit kimi uzun illər Vətənə xidmət etmək, peşəkar hərbçi kimi səngərlərdə keşik çəkməyi arzulayırdı. Çiynindəki cüt ulduzlarla hədəfinə çatmağa cəmi bir il qalmışdı. Lakin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi onun bütün planlarını dəyişdi. Hələ dördüncü kursa yeni başlayan Namaz kiçik leytenant rütbəsi ilə döyüşlərə yollandı. O, arzusuna çatdı - zabit kimi Vətənə layiqli xidmət borcunu ödədi. Özü isə Vətən səmasında əbədi parlayan minlərlə sönməz ulduzdan birinə çevrildi...

AZƏRTAC-ın əməkdaşı Vətən müharibəsi şəhidi leytenant Namaz Baxış oğlu Allahverdiyevin ailə üzvləri ilə həmsöhbət olub.

"Namaz zabit kimi maaşını alsa da, döyüşlərdə olduğundan xərcləmək nəsib olmadı. Maaşı cibindən çıxdı, hələ də evdə ona aid guşədə saxlayıram...", - deyə şəhidin anası Nazilə Əsədova qeyd edib.

Onun sözlərinə görə, Namazı axırıncı dəfə 2020-ci il iyulun 20-də görüb, sonuncu telefon danışığı isə noyabrın 4-də olub: "Son dəfə evə 2020-ci il iyunun 20-də gəlmişdi. Bir ay qaldı və iyulun 20-də onu sağ-salamat yola saldım. Müharibə başlayanda o, Gəncədə çağırışçılara təlim keçirdi. Sonradan Namazı döyüş bölgəsinə göndərdilər. Füzuli, sonra isə Şuşa istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak etdi. Onun səsini son dəfə noyabrın 4-də eşitdim. Mənimlə danışanda kənardan səs-küy gəlirdi. Nə olduğunu soruşanda "heç nə yoxdur, narahat olma", - dedi. Ona danışa bilmirsə, sonra yığa biləcəyini söylədim. Namaz da iki dəfə "hə" deyib sağollaşdı. Axşam oldu, zəng etmədi, bir daha səsini eşitmək nəsib olmadı. Onun "hə, hə" deməyi hələ də qulaqlarımda səslənir. Noyabrın 5-də axşamtərəfi atasına yığıb deyib: "Anama demə, bizi lap irəli aparırlar". Noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığına minaatan mərmisi düşməsi nəticəsində aldığı qəlpə yaralarından Zəfərə iki saat qalmış şəhid olub. Onunla birlikdə bir neçə kursant yoldaşı da şəhadətə qovuşub. Namaz həm döyüşürmüş, həm də savaşın qızğın vaxtlarında yaralıları, şəhidləri döyüş meydanından çıxarırmış. Vətən sevgisi ilə çıxdığı yolu 20 yaşında şəhadət zirvəsi ilə tamamladı. Bir ana kimi qürur və kədəri eyni anda yaşayıram".

Vətən müharibəsi şəhidi Namaz Allahverdiyev noyabrın 17-də doğulub boya-başa çatdığı Şəki rayonunun Suçma kənd qəbiristanlığında dəfn edilib.

Prezident İlham Əliyevin Sərəncamları ilə Namaz Allahverdiyev "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri