Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Vətən, sənə canım fəda!

Vətən, sənə canım fəda!

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər kəs həyatda yazılan ömür payını bir cür yaşayır. Vətən uğrunda canından keçən qəhrəmanların döyüş yolu isə başqa bir tarixdir. Bu tarixi yazanlar əsrlər, qərinələr keçsə də daim xatırlanacaqlar.

– “Mən böyüyəndə hərbçi olacağam”, - deyən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabadın Göytəpə qəsəbəsində dünyaya gəlib. Göz açdığı Göytəpənin 13 Vətən müharibəsi şəhidindən biridir Rəşad. Ata-ananın tək oğlu, 3 bacının bir qardaşı olan Rəşad ağlı, dərin zəkası ilə hər zaman yaşıdlarından fərqlənərmiş. Rəşad ilk təhsilini Göytəpə kənd tam orta məktəbində alıb. Onun hərbə gedən yolları, hərbçi olmaq arzusu demək olar ki, ibtidai sinifdən başlayıb. Həm də babası Məmmədağa kişi nəvəsini gələcəkdə hərbçi olmağa çox həvəsləndirirərək deyirmiş: "Sən mənim döyüş yolumu davam etdirəcəksən".

Rəşad babasının bu arzusundan ruhlanaraq sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim edir. Babanın arzusu yerinə yetir. Rəşad yüksək nəticələrlə liseyə qəbul edilir. 2006-cı ildə liseyi əla qiymətlərlə başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Liseydə öyrəndiyi ilkin hərbi vərdişlərini, biliklərini burada daha da təkmilləşdirir. Həyatını bağlayacağı hərb elminin sirlərinə dərindən yiyələnir. Keçirilən dərslər, məşqlər, təlimlər onun peşəkar hərbçi kimi yetişməsində mühüm rol oynayır. Hər dərs, məşq, hər təlim Rəşada hərbin çətin yollarında iradəli, dözümlü, əzmli olmağı öyrədir. Beləliklə, Ali Hərbi Məktəbi “motoatıcı” ixtisası üzrə bitirərək leytenant rütbəsi alan Rəşad “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlayır.

Qısa müddətdə xüsusi hərbi bacarığı, peşəkarlığı ilə seçilən və komandanlığın diqqətini cəlb edən gənc zabit Xüsusi Təyinatlı Qüvvələrdə xidmət keçmək üçün “N” saylı hərbi hissədə kurslara qatılır. Sonra Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin edilir. Xüsusi kursları fərqlənmə ilə başa vurur.

Rəşad 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlayan, tarixə Aprel döyüşləri adı ilə yazılan Azərbaycan Ordusunun əks-hücum əməliyyatında yüksək döyüş bacarığı nümayiş etdirir. İşğaldan azad olunmuş yüksəkliklərə üçrəngli Azərbaycan bayrağını sancan oğullardan biri olur. Aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Sərəncamına əsasən, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş leytenant Rəşad Abdullayev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir.

Bundan dörd il sonra 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının – Vətən müharibəsinin üçüncü günündə zabit Rəşad Abdullayev Murovdağ istiqamətində gedən döyüşlərə qatılır. Murov dağına öz hərbi dəstəsi ilə ilk ayaq basan, ən öndə gedərək 34 erməni postunu alan, Azərbaycan bayrağını birinci sancan, düşmənlə üzbəüz vuruşub sinəsindən yaralanan, 20 saat yaralı qalmasına baxmayaraq, zabitlərindən ayrılmayan, yaralı-yaralı ayağa qalxıb onlara yol göstərən, zabit yoldaşlarına əziyyət verməmək üçün onu daşımalarına razı olmayan Rəşad yüzlərlə düşmənin məhv olunmasında yaxından iştirak edib, qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 2-də doğulduğu doğma yurdda – Göytəpə şəhər qəbiristanlığında izdihamla dəfn olunub. Qəhrəmanın iki övladı Rüqəyya və Məmmədağa Vətənə əmanətdir.

Anası Sevil xanım Rəşadın uşaqlığını belə xatırlayır: “Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Rəşad bacarıqlı, savadlı uşaq idi. İdmanla daima məşğul olurdu. Futbol oynamağı sevirdi. Çox erkən yaşlarından maşın sürməyi öyrənmişdi. Balıq tutmaq, ova getmək onun sevimli məşğuliyyətlərindən idi. Babası 1941-1945-ci illərdə faşistlərə qarşı döyüşmüşdü. Rəşad da uşaq vaxtı onun orden və medallarını sinəsinə taxıb şəkil çəkdirərdi. Çoxlu oyuncaq silahları vardı. Babası onu həmişə “aslanım”, – deyə çağırardı. “Aslanımı hərbçi görmək istəyirəm” deyərdi. Rəşad hərbçi oldu, torpağını, Vətənini sevdi, qorudu. Vuruşdu, şəhid oldu. Qəhrəman adını qazandı”.

Şəhid zabitin atası Arif Abdullayev oğlunun qəhrəmanlığı, igidliyi ilə həmişə fəxr edib, qürurlanıb: “Rəşad sanki döyüş üçün doğulmuşdu. Mən bir ata kimi onu başqa sənətdə görə bilmirdim. O, yalnız hərbçi olmalıydı. Oldu da. Erməni silahlılarına qarşı qəhrəmanlıqla döyüşdü, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etdi. Onun kimi oğullar Vətən üçün doğulur, Vətən üçün canından keçir, şəhid olurlar. Xatirəsinin əbədiləşdirilməsi ilə bağlı çox işlər görülüb. Cəlilabad rayon 2 saylı tam orta məktəb Rəşadın adını daşıyır. Bakı şəhəri, Qaradağ rayonunda Şəhidlər xiyabanı yerləşən küçəyə onun adı verilib”.

Qəhrəmanın ömür-gün yoldaşı Gülnar xanım: “Rəşadla 2013-cü ilin sentyabrın 8-i ailə qurmuşuq. Özüm yaş yarımlıqdan ata üzünü belə görmədən itirmişəm, nə bacım var, nə də qardaşım. Rəşadla tanış olanda bunların hamısını bilirdi. Mənə dedi ki, bundan sonra sənin atan da, qardaşın da, bacın da mənəm. Elə də oldu. Mənimlə balaca bir uşaq kimi davranırdı. O gündən atanın necə olduğunu bilmişəm. Birinci qız övladımız olub. Qızına çox bağlı idi Rəşad. Qızımız nə istəsəydi, onu hər zaman, gecə də olsa, edərdi. 2-ci övladımız oğlan olub. Atası ilə bir-birinə çox bağlı idilər. Rəşad gedəndə uşaqlar yatmışdılar, o qədər onların boyunlarından, əllərindən öpdü ki... elə bil, hiss etmişdi ki, geri dönməyəcək. Dönmədi də. Amma Vətəninə çox bağlı idi Rəşad. “Vətən” deyəndə ağzında dili quruyardı, həddindən artıq çox sevirdi Vətənini. Elə ona görə də canını Vətəninə fəda etdi. Həmişə deyirdi ki, Vətən candan şirindir. Rəşadın şəhadət xəbəri gələndə təsəvvür edə bilməzsiniz ki, dünyam necə dağıldı. Həyat söndü mənim üçün. Düzdür, yaşayıram, nəfəs alıram, amma buna onun əmanətlərinə görə məcburam. Şəhid xanımı olmaq çətin, amma qürurludur”.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Abdullayev Rəşad Arif oğlu ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həmçinin “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Sentyabr 2025 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see267

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see236

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see205

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see184

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see184

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see180

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see180

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see177

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see176

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see170

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see168

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see167

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see166

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see164

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see164

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see155

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri